Qadin.NET / Sən..

Sən..

Sən..

 

Sən ağlını itirmiş bir şairin son şeiri...

Yarpaqlarını tökən bir ağacın son yarpağı..

Yer üzünə yağan sonuncu qarsan

Sən bitən hər şeysən.

Sən inanılmaz gözəllikləri gətirib

Ən gözəl zamanında onları aparan birisən.

Sən ağlarkən gözlərimdən düşən  damlalar.

Danışarkən belə deyə bilmədiyim

İçimdə gizlətdiyim ən gözəl sözlərimsən.

Sən hər kəsin yaşamayacağı

Yaşasa belə anlamayacağı

Ən gözəl şeysən.

Sən yağışdan sonra parlayan göy üzü qədər gözəl

Göyqurşağı qədər inanılmazsan.

Sən üfüqlərdə parlayan günəşdən daha isti

Qütblərdəki buzlardan daha soyuqsan.

Sən ən qəribə olansan, sən ən ecazkarsan,

Axı sən sevgisən!!!

10 oktyabr 2012
GO BACK