Qadin.NET / Yarəbbi, gümanım yox!

Yarəbbi, gümanım yox!

Yarəbbi, gümanım yox!

Aldı əlimdən səbri qərarı qeyrilər

Məni də öz nəfsimə möhtac etdilər.

Üzüb məni,günahı da məndə gördülər

Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.

 

Gözüm dolur,göz yaşımı silən yox

Nəyim olmasa da,gözüm olur həmişə tox.

Yaşayıram şükr edirəm daha çox

Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.

 

Deyirlər qəmini heç kimə demə

Yaşayıram pis, yaxşı olsam da necə.

Keçir ömrüm bir qaranlıq gecədə

Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.

 

Utanmıram köhnə paltar geyinsəm də əynimə

Libasım təqvalıq olsun, güvənim əməlimə.

Qapılmışam öz hissimə, kimsə dözməz dərdimə

Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.


14 yanvar 2013
GO BACK