Bütün analara sevgiylə
Anam bir dağ enər deyil,
Ana duymaq nələr deyil
Ona qıymaq hünər deyil
Hünərini öymə, dünya
Gəl anama dəymə, dünya.
Bir yanası dənəm axı,
Qıysan yanar sinəm axı.
Ona qurban mənəm axı
Qapısını döymə, dünya
Gəl anama dəymə, dünya.
Anam getsə kor olaram
Öz ömrümə gor olaram
Dar köynəkdə qor olaram
Düyün düşər düymə, dünya
Gəl anama dəymə, dünya.
Dərd əlindən nə çəkdi, nə
Nə yalandı, gerçəkdi nə?
İstəyin nə, de cəhdin nə?
Düz qəddimi əymə, dünya
Gəl anama dəymə, dünya.
Demə Mədət qandan qorxan
Qazandan, qətrandan qorxan
Kişi deyil candan qorxan
Doğra məni qıyma, dünya
Gəl anama dəymə, dünya.
Ana duymaq nələr deyil
Ona qıymaq hünər deyil
Hünərini öymə, dünya
Gəl anama dəymə, dünya.
Bir yanası dənəm axı,
Qıysan yanar sinəm axı.
Ona qurban mənəm axı
Qapısını döymə, dünya
Gəl anama dəymə, dünya.
Anam getsə kor olaram
Öz ömrümə gor olaram
Dar köynəkdə qor olaram
Düyün düşər düymə, dünya
Gəl anama dəymə, dünya.
Dərd əlindən nə çəkdi, nə
Nə yalandı, gerçəkdi nə?
İstəyin nə, de cəhdin nə?
Düz qəddimi əymə, dünya
Gəl anama dəymə, dünya.
Demə Mədət qandan qorxan
Qazandan, qətrandan qorxan
Kişi deyil candan qorxan
Doğra məni qıyma, dünya
Gəl anama dəymə, dünya.