Qadin.NET / Səni sevirəm...

Səni sevirəm...

Əllərində həyatım vuran ürəyin kimi.....

Getsəm yanından səndən uzağa

Sevəcəm ruhun bədənə bağlı qaldığı kimi...

Küsəcəm bəlkə bu sənsiz yaşama...

 

Düşəcək yaşlar bəlkə üzünə

Göydən yağan yağışlar kimi.

Ürəyin bəlkə də baxmaz sözünə

"Sevirəm"dediyin ilk günki kimi....

 

Görsən gecələr parlayan ayı

Görünsə gözünə mənim xəyalım.

Gəlsən yanıma tutsan əlimi

O çox sevdiyim sevgilim kimi

 

Getsəm həyatdan görməsəm səni

Sevəcəm günəşə möhtac ay kimi.

Duyacam səsini əsən küləkdə

Bir damla nəfəsə möhtac can kimi....

 

Bir yuxu kimi yaşadım onu

Bitdi bumu idi nağılın sonu?

Onsuz cənnət də mənə cəhənnəm

Günahımsa çəkdiyim, yaşatma bunu....

 

Qorxum yox ölümdən bir damla belə

Qorxduğum onu onunla qoymaq.

Ona bəxş etdiyim həyatın bəlkə də sonu

Amma sevirəm həm də çox sevirem onu.

 

Ayrılıq dərdini çəkib qəlbimdə

Həsrət olub düşəcəm mənsiz gecənə.

Yanacam bəlkə ağlarkən görüb səni

Əlvida deyəcəm sənli ömrümə.

 

Soruşsan məni bilsən necəyəm

Ayrılıq qəmini yalnız çəkirəm.

Bir təsəllim xoşbəxt görüb səni

Yaralı qəlbimdə yenə sevirəm.

 

Görsən məni yanan günəşdə 

Duysan səsimi əsən küləkdə 

Gəlsən yanıma tutsan əlimi

Bu dünyada verdiyim o son nəfəsdə

 

Allahım sənə tək bir əmanət

Dünya malında inan gözüm yox.

Sevən qəlbim təkcə ondan narahat

"Sevirəm"dən başqa ona sözüm yox...

1 yanvar 2013
GO BACK