Qadin.NET / "Aylı gecə"

"Aylı gecə"

"Aylı gecə"

AYLI GECƏ
Aylı gecə, dünya susub,
İkimizik, sən, bir də mən.
Gizlin-gizlin qulaq asıb,
Gülümsəyir tək yasəmən.

Şıltaqlanıb, ay da durub
Hey boylanır oğrun-oğrun.
Nə bilsin ki, səadətdən
Üz-üzəyik səssiz, dolğun...

Aylı gecə, ulduzlar da
Ara-sıra uçuşurlar.
Qısqanclıqla, həsəd ilə
Bizə baxıb sayrışırlar.

Aylı gecə, möcüzələr
Şehli otlat üzə gülər.
Nəğməsindən çələng qurub
Bəxş eyləyir şən bülbüllər.

Aylı gecə, hara isə
Uçub getdi kədər, qüssə...

                                                                                                                   İlham İdrisoğlu 1989 MoskvР°

9 avqust 2012
GO BACK