Qadin.NET / Gizli sevgim

Gizli sevgim

 

Bu şeri qardaşım yazıb. Qısa da olsa onu sizlərlə bölüşmək istədim. Qismət olsa onun digər şeirlərini də sizlərlə bölüşəcəm inşAllah...

 

***

Nə zamandır gizlin-gizlin

Mən süzürəm gözlərini 

Gözlərimlə söyləyirəm

Sənə ürək sözlərimi.

 

***

Axı niyə duyammırsan? 

Sənə olan baxışları

Nə olardı bircə dəfə 

Sən də dön bax mənə sarı.

 

***

Nə insafsız bir gözəlsən

Eşitmirsən qəlb səsimi

Ətrafında yanan şamın 

Söndürmə gəl şöləsini.

 

21 oktyabr 2012
GO BACK