Qadin.NET / Dost

Dost

Dost

***

Ömrümüz, günümüz keçdi bir yerdə,

Vaxtımız, anımız olubdur birgə.

Əgər ayrılarsa, hərə bir yerə,

Qoymasın arada şam tez əriyə.

 

***

Dost dostdan heç vaxt ayrı dolanmaz,

Bir gül bitsə əgər, suvarsan solmaz.

Dost dostdan ayrıca heç cür yaşamaz,

Dostu olmayan kəs dostdan danışmaz.

 

***

Düzdür, indiki zamanda əsl dost hanı?

Seçdiyin dostunu yaxından tanı.

Dar günün dostu çətin tapılar,

Çətin ki pis gündə sənlə bir olar.

 

Müəllif:creativka-Zəriş (özüm)


24 sentyabr 2012
GO BACK