Qadin.NET / BİRİ VARDI,BİRİ YOX... Nüsrət Kəsəmənli

BİRİ VARDI,BİRİ YOX... Nüsrət Kəsəmənli

BİRİ VARDI,BİRİ YOX...     Nüsrət Kəsəmənli

 

BİRİ VARDI,BİRİ YOX... Nüsrət Kəsəmənli

Uşaqlar necə ki,körpədirlər ana
laylasına uyuyurlar.Elə ki,bir az
böyüdülər axşamlar atalarından
nağıl istəyirlər.Mənim bildiyim
nağıllar isə çox deyil.
Axşamların birində nağıllarım
qurtaranda fikirləşdim ki,bu dəfə
öz taleyimin nağılını söyləyim..,


Olan olub, keçən keçib bəlkə də,
Indi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.


Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən,eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib, can esidən
Dostlarımın biri vardi, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb ,ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər,
Söz arası mənə пїЅevlənпїЅ dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək ,bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən.
Deyəcəksən:пїЅbiri vardı,biri yox!пїЅ



BİRİ VARDI,BİRİ YOX... Nüsrət Kəsəmənli



26 iyul 2010
GO BACK