Qadin.NET / Niyə özümüzü islah etmirik?!

Niyə özümüzü islah etmirik?!

Niyə özümüzü islah etmirik?!

Zinalıq baş alıb gedir həyatda.

Mələksə günahı yazır solunda.

Heçə sayırıq insanı Allah yolunda.

Yaltaqlıq lazım olanda can deyirik.

Niyə özümüzü islah etmirik?!

 

Biz lağa qoyuruq qəmli olanı.

Ağzımızla edirik min cür qeybəti.

Yeyirik, gündə bir müsəlman əti.

Amma danışanda insaf deyirik.

Niyə özümüzü islah etmirik?!

 

Pis gözlə baxırlar digər qadına.

Nə tökdünsə o da çıxar qarşına.

Özümüzə rəva olmayan əməli.

Digər insanlara rəva bilirik. 

Niyə özümüzü islah etmirik?

 

İnsanın canına, insan daraşır.

İnsan insanlığa daha yadlaşır.

Yaxşını sevmirik, pisi sevirik.

Niyə özümüzü islah etmirik?

 

Özündən atılan özünə dəyir.

Əyrilər düzlərin qəddini əyir.

Dünya fanidi bunu bilirik. 

Dünyadan yenə də əlimizi çəkmirik.

Niyə özümüzü islah etmirik ?

 

Boş-boş söhbətə,can qoyuruq.

Gündə bir insan dərisi soyuruq. 

Kəbinli arvad kimi, başqasının quluyuq.

Bu cürmü, müsəlmanlıq edirik?

Niyə özümüzü islah etmirik ?


23 iyul 2012
GO BACK