Qadin.NET / Bitsin artıq bu ayrılıq

Bitsin artıq bu ayrılıq

 

Bu həsrətə dözmür ürək,

Sənsiz qəlbim nəyə gərək.

Dursun daha çərxi-fələk,

Bitsin artıq bu ayrılıq.

 

Gözlər yaşlı intizarda,

Ayrılanlar ahu-zarda,

Fərqi yoxdur, lap məzarda

Bitsin artıq bu ayrılıq.

 

Yar, qəlbimdən izin itməz,

Ömrüm bitər, sevgim bitməz.

Qorxuram ki, səbrim yetməz,

Bitsin artıq bu ayrılıq.


12 iyul 2012
GO BACK