Qadin.NET / Səni elə sevirəm ki...

Səni elə sevirəm ki...

 

Mən şair deyiləm, sadəcə, tələbə vaxtı ürəyimdəkiləri kagıza köçürmüşəm. İstədim ki, sizlərlə də bölüşüm.

 

 

Səni ele sevirəm ki, sənə toxunan hər şeyə qibtə edirəm.
Hər səhər saçlarını darayan darağın dişləri olaydım, 
                                                                toxunaydım saçlarına, 
                                                                    ətrini qoxlayaydım.
Gözlərinə çəkdiyin sürmə olaydım, öpəydim gözlərindən. 
                     Ənlik olaydim,öpəydim sənin al yanaqlarından
İçində çay içdiyin fincan olaydim, hər dodağına yaxınlaşanda
                                                             öpəydim qopmayaydım.
Zərif, incə belini qucaqlayan paltarın olaydım,bütün günü
                                                  qucaydım sənin gül bədənini....
sənə toxunan hər şeyin yerində olmaq istərəm... Amma yox ,
                                                     onların ki, ürəyi yox, cansızlar,
                               sənə olan hisslərimi duya bilməzlər onlar.
  Nə yaxşi sən varsan... yasamağımın yeganə səbəbi...
                                                                     Səni ele sevirəm ki...
                                                                                                   2006

 

3 may 2012
GO BACK