Zülmət gecədə yaşayarkən mən,
Gün olub gecəmi gündüz eylədin.
Həyatdan bezib ölmək istərkən,
Sən gəlib,ölümdən xilas eylədin.
Səhəri açıram röyalarınla,
Gecəmi bağlaram xəyallarınla.
Səni görmək üçün ölümdə olsa,
Ölümə qol çəkib görmək istərəm.
Adını həkk etdim yaddaşıma mən,
Qəlbimdə bir sənsən ayrısı yalan.
Səndən mənə, yadigar qalan,
Təkcə xatirəndir məni ağladan.
Hara baxsa gözlərim,tək səni görür
Kaş görə bilsə, məni gözlərin.
Qəlbimdə böyük bir, sevgi yaşayır,
Bəs etmir sevgimə mənim sözlərim.
İndi söyləyirəm "Sevirəm Səni",
De eşitdinmi mənim səsimi.
Yalansız sevgimdə, bir ömür boyu,
Sənsiz yaşatdım sənin sevgini.
Muəllif:Yəhyayeva Xəyalə