Sən yağdın ömrümə payız yağışı,
Təsadüf görüşlə axdın sel kimi.
Laqeyd baxmaq da günah olardı,
Duyğular üstündə əsdin yel kimi.
Yağmurla ağırlıq çökdü çiynimə.
Götürsəm qəbahət atmaq ağırdır.
Yenidən qar tökmə çəkdiklərimə,
Onsuz da dünyamı qəmlər dağıdır.
Taleh qismətidir, taleh nisgili,
Üşümə görəndə soyuq baxışlar,
Sənin gözlərində yağışın nəmi
Toxuyur könlümə qəmli naxışlar.