Cahil olan nə söylər,sözünü bilməz.
Çox olub yaxşıya yamanlıq əvəz.
Sən yenə yaxşı ol,əməlində yüksəl.
Nəticə çıxar ki, ömürdən gedir.
Dərdinə söylə sən, Allahımız var.
Xaliqdir, Ucadır,qoymaz səni dar.
O zaman insan da, düz ilqar tapar.
Nəticə çıxar ki, ömürdən gedir.
Söyləmə vəfasıza dərdini, çəkəssən aman.
Sənin deyil ağzından çıxdısa söz, o an.
Saxlaginən qəlbində, dərdini pünhan.
Nəticə çıxar ki, ömürdən gedir.
Aqillər inkar etməz sözün düzünü.
Seçər astarını, seçər üzünü.
Günahkarsan? tövbə et, məhv etmə özünü.
Nəticə çıxar ki, ömürdən gedir.
Qadin.net saytında oluram çox vaxt.
Gəlmişəm ki,sizlərlə islamı tanıyaq.
Gəlin bu yoldan boyun qaçırmayaq.
Nəticə çıxar ki, ömürdən gedir.
Burda olduğum günlər, hər anım xoşdur.
Mənə hayan olan sirdaşım yoxdur.
Mənə nahaq söz demə qəlbim gotürmür.
Nəticə çıxar ki, ömürdən gedir.
18. 04. 2012 -Seymur Axundov