ETİRAFSIZ BAŞLAYAN, İSTƏMƏDƏN BİTƏN sevgilərə!
Səndən qaçmaq istədim,
Sənə təşrif gətirdim.
Səndən şikayətimi
Yenə də sənə dedim.
...Amma bitir yollar, ayrılırıq nəhayət!
Bilmədik hardan gəldi bu sevgi ağlımıza
Son qoyaq nağlımıza!
Gərək başlamayaydıq bu günah sevgimizə,
İstəmədən atıldıq sönməyən közümüzə.
...Amma bitir yollar, ayrılırıq nəhayət!
Arxaya baxmadın da,
son sözümə, səsimə
Heç...
Heç qulaq asmadın da...
Gözlərin dedi mənə
"Biz ayrıldıq, nəhayət!"
İldırımlar kişnədi.
Göylər sənə səsləndi:
"Arxada bir qərib var"
Sanki yayda yağıb qar,
Dondurub ürəyini,
Çevirib kürəyini.
Arxaya baxmadın da,
Son sözümə, səsimə
Heç...
Heç qulaq asmadın da.
Gözlərim dedi sənə:
"Biz ayrıldıq, nəhayət"
Ağrılarla yanaşı, ümidlərə "kifayət"
Çox çalışdım...
Mən səndən hər an qaçmaq istədim.
Yollar məni azdırdı, sənə təşrif gətirdim.
Anlamadı bir kimsə səndən şikayətimi,
Yenə də zəif səslə onu sənə söylədim.
Kimsələr bilmədi ki!
Gizli sevgiydi bu,
Amma yoxdur anlamı.
Biz ayrıldıq, nəhayət!
Səndən qaçmaq istədim,
Sənə təşrif gətirdim.
Səndən şikayətimi
Yenə də sənə dedim.
...Amma bitir yollar, ayrılırıq nəhayət!
Bilmədik hardan gəldi bu sevgi ağlımıza
Son qoyaq nağlımıza!
Gərək başlamayaydıq bu günah sevgimizə,
İstəmədən atıldıq sönməyən közümüzə.
...Amma bitir yollar, ayrılırıq nəhayət!
Arxaya baxmadın da,
son sözümə, səsimə
Heç...
Heç qulaq asmadın da...
Gözlərin dedi mənə
"Biz ayrıldıq, nəhayət!"
İldırımlar kişnədi.
Göylər sənə səsləndi:
"Arxada bir qərib var"
Sanki yayda yağıb qar,
Dondurub ürəyini,
Çevirib kürəyini.
Arxaya baxmadın da,
Son sözümə, səsimə
Heç...
Heç qulaq asmadın da.
Gözlərim dedi sənə:
"Biz ayrıldıq, nəhayət"
Ağrılarla yanaşı, ümidlərə "kifayət"
Çox çalışdım...
Mən səndən hər an qaçmaq istədim.
Yollar məni azdırdı, sənə təşrif gətirdim.
Anlamadı bir kimsə səndən şikayətimi,
Yenə də zəif səslə onu sənə söylədim.
Kimsələr bilmədi ki!
Gizli sevgiydi bu,
Amma yoxdur anlamı.
Biz ayrıldıq, nəhayət!
Sadıqov Pərviz