Qadin.NET / Səhra

Səhra

Səhra

Ömrüm bom-boz bir səhradı

Axarı yox, baxarı yox.

Elə nə görmüsən odur

Gəliri yox, çıxarı yox.

Səhra

Dözdüm dar gün ötə, gedə

Dünya pisliyin tərgidə.

Məni bişirdi bürküdə

Buludu yox, yağarı yox.


Düzü, mərdi dandı dünya

Dərdə mərdin yandı, dünya.

Bu nə nərdivandı, dünya,

Aşağı var, yuxarı yox?

Kədər ömrümə şələdi,

Sevinc ömrümdən gilədi.

Bu düşdüyüm nə çilədi-

Əvvəli var, axırı yox...

Səhra
27 oktyabr 2012
GO BACK