Qadin.NET / Sevgi

Sevgi

Nə sən mənsiz qalardın, nə də mən sənsiz... 
Sevsəkdə ürəkdən bir-birimizi
Gizlədik hər zaman sevgimizi
Acıq söyləsəydik biz dərdimizi
Nə sən mənsiz qalardın, nə də mən sənsiz

Danışdıq dost kimi, güldük dost kimi
Olduq ikimizdə soyuq buz kimi
Olsaydıq əzəldən sevənlər kimi
Nə sən mənsiz qalardın, nə də mən sənsiz

Üz-üzə gələndə qorxardıq aman
Elədik yaxşını bilmədən yaman
Təzədən geriyə dönsəydi zaman
Nə sən mənsiz qalardın, nə də mən sənsiz

Birimiz agladıq, birimiz güldük
Ayrılıq kəlmısin əfsanə bildik
Onun acısın dada bilsəydik
Nə sən mənsiz qalardın, nə də mən sənsiz...


Ağlama gözlər...
Sən idin könlümə ürək sirdaşı
Sevgi məzarımın sənsən baş daşı
Sən gəlin köçəndə tökdüm göz yaşı
Dedim ki aglama agladı gözlər

Sagalmaz esqimin hec vaxt yarası
Yayılıb hər yana eşqin sədası
Sən üçün şalınanda vaqzalı havası
Yalvardım aglama agladı gözlər

Məni tərk elədin qalmışam yarsız
Bülbül yaşayarmı çəmənsiz bagsız
Vəfasızlar cərgəsində səndə oldun vəfasız
Vəfasız qızlara aglama gözlər...
16 iyul 2010
GO BACK