Ayrılıq zamanı ver əllərini
Əlimə, sevgilim, sağ ol, əlvida!
Qoy baxım gözünə, doyunca baxım
Bir daha görməyəcəm səni, əlvida!
Verdiyin qızılgül quruyub artıq
Qızılgülün ətri gəlməyir artıq.
O ilk görüş yeri qalıbdır artıq
Boynun büküb duran qərənfil kimi.
Nə olar çalış ki, yenə görüşək
Olmasın sonumuz qərənfil kimi.
Solmasın arzular, solmasın çiçək
Nə olar, əzizim, yenə görüşək.
Çalış ki, görüşək yenə bir axşam
Küləkli bir gün, payız havası.
Amma bu küləyin bizə təsiri
Olmasın yarpağa olduğu kimi.
Məni sevmirsənsə, de mən də bilim
Ayrılıq dərdini tək çəkə bilim.
Səni də özümə bir qardaş bilim,
Əlvida, əzizim ,sənə əlvida.
Bilsən həyat sənsiz necə çətindir
Həyatın mənası sevgi mətnidir.
Sevginin dəyərin bilmək çətindir
Yenə də bilirəm sənsiz olsam da...