8 mart qadınlar bayramı gəlib,
Müjdələr yetirib Sizə, qadınlar.
Sizi gül-çiçəklə təbrik eyləmək,
Yenə qismət oldu bizə, qadınlar.
Biz hər an sizlərə hörmət etmişik,
Sizinlə qəmlənib, sizlə gülmüşük.
Sizi qorumuşuq, əzizləmişik,
Ehtiram etmişik sizə, qadınlar.
İncə, zərif gültək sizi sevmişik,
Uğurlarınıza biz sevinmişik.
Bəzən incitmişik, bəzən küsmüşük,
Çox irad tutmayın bizə, qadınlar.
Bilirik arxasız, köməksiz bizə,
Min alqışlar olsun əməlinizə.
Çəkdiyiniz hər cür zəhmətinizə,
Çətin ki, hər kişi dözə, qadınlar.
Xoş təbəssümünüz məlhəmdir bizə,
Bər-bəzək yaraşır şux çöhrənizə.
Biz bir kişi kimi vurğunuq sizə,
Biz sizə vurğunuq sizə, qadınlar.
Sizə canımızı qurban edərək,
Yandıq şölənizə pərvanələrtək.
Heç kəsdən bir minnət ummayan ürək,
Minnətdardır yalnız sizə, qadınlar.
Gözləriniz gülür, sevincəksiniz,
Bahar müjdələri, gül-çiçəksiniz.
Bir ana, bacıtək nə göyçəksiniz?!
Sizi gəlməyəsiz gözə, qadınlar.
İlahidən gələn bir mələk kimi,
Qovduz qəlbimizdən kədəri, qəmi.
Vəfalı bir yoldaş, bir həmdəm kimi,
Biz daim borcluyuq, sizə qadınlar.
Tam dərk etməmişik, bu nə hikmətdir?
Qadın Ana kimi uca xilqətdir.
Ayaqlarınızın altı cənnətdir,
Quranda deyilib sizə, qadınlar.
Qadın müqqəddəsdir, qadın alidir,
Ana simasında qadın dahidir.
O, bütün bəşərin qibləgahıdır,
Tanrımız yar olsun Sizə, qadınlar.
Sidq ürəkdən təbrik edirik sizi,
Siz də qəbul edin təbrikimizi.
Qəlbiniz sevinclə, fərəhlə dolsun,
Qadınlar bayramı Mübarək olsun!
Növrəs Növrəsli