Qadin.NET / TƏNHALIQ.. (Mədinə Gülgün)

TƏNHALIQ.. (Mədinə Gülgün)

TƏNHALIQ.. (Mədinə Gülgün)



TƏNHALIQ.. (Mədinə Gülgün)

Yenə yağış yağdı, ildırım çaxdı,
Coşdu, dalğa - dalğa çağladı dəniz.
Sahili boş gördü, elə darıxdı
Tənhalıq dərdindən ağladı dəniz.

Tutuldu səmatək, dəyişdi rəngi,
Bir anda dənizin saçı ağardı.
Ləpələr əl açıb bir körpə təki
Elə bil arxadan bizi çağırdı.

Səslər qayalara dəydi, töküldü,
Dəniz hönkür - hönkür ağladı inan.
Qulağıma sınıq bir səda gəldi,
Məni tənha qoyub getmə, ey insan.....



TƏNHALIQ.. (Mədinə Gülgün)
2 iyul 2010
GO BACK