Qadin.NET / "Qadın, Xanım, Xatın, Ana" - İsmayıl Cəmili

"Qadın, Xanım, Xatın, Ana" - İsmayıl Cəmili

"Qadın, Xanım, Xatın, Ana" - İsmayıl Cəmili
Qadın, Xanım, Xatın, Ana
"Qadın, Xanım, Xatın, Ana" -  İsmayıl Cəmili
Qadın

Xanım

Xatın, Ana

Canından can payı verən insana

Yaşam bağışlayan cahana
Qadın

Sevgi ocağı

Sevda sarayının çiçəkdən tacı

Qadın

Rəhmətinin nemətilə

Dərdlərimiz tapan dərman

Qarşılıq gözləmədən

istəmədən

Ömrün-günün edən ehsan

Qadın

Qaranlıq yasaların

Küf qapsayan dosyaların

Hörümçəkli inamların caynağında

Olan qurban

Dondan dona girən

Nan-korların duzağında

Səssiz alovlanan

içində alışan yanan

Günəş kimi öz-özlüyü danılan

Qadın

Daş başların qorqusunda daşlanan

Qul tək alınan-satılan

Çarəsizlik çəmbərində yanılan-Yandırılan

Uydurmalar qamçısıyla danılan

Yarım adam sanılan

Qadın, yenədə Qadın

Qadınlığı yaşamın yeniliyin yaz nəfəsi

Sevginin sevdanın, gözəlliyin səsi

Qadın incəliyin inci bulağı

Qadın şirin laylalar qucağı

Qadın həyatın ana ocağı
"Qadın, Xanım, Xatın, Ana" -  İsmayıl Cəmili
20 iyun 2010
GO BACK