Qadin.NET / "Səndən əvvəl ölmək istəyirəm" Nazım Hikmət

"Səndən əvvəl ölmək istəyirəm" Nazım Hikmət

Səndən əvvəl ölmək istəyirəm


"Mən
Səndən əvvəl ölmək istərdim.
Gedənin arxasından gələn

gedəni tapa biləcək, zənn edirsən?

Mən zənn etmirəm bunu.

Yaxşısı,

məni yandırarsan,

otağındakı ocağın 

üstünə qoyarsan

içində bir bankanın.

Banka şüşədən olsun, şəffaf,

ağ şüşədən olsun

ki içində məni görə biləsən

Fədakarlığımı anlayırsan:

vaz keçdim torpaq olmaqdan, 

vaz keçdim çiçək olmaqdan

sənin yanında qala bilmək üçün.

Və toz oluram

yaşayıram yanında sənin.

sonra, sən də öləndə

yanıma gələrsən.

Və orada birlikdə yatarıq

külümün içində külün

ta ki bir gəlin

yaxud vəfasız bir nəvə

bizi ordan atana qədər ..."



Nazım Hikmət

14 avqust 2020
GO BACK