Qadin.NET / İNANMA ƏZİZİM,İNAN ƏZİZİM...

İNANMA ƏZİZİM,İNAN ƏZİZİM...

İNANMA ƏZİZİM,İNAN ƏZİZİM...

 

İnanma əzizim,inan əzizim.(Nüsrət Kəsəmənli)

 

Desələr onu da əyilən gördük,
Dünən dediyini bu gün danırdı.
Desələr yaxşıca dərsini verdik,
Gülüb üzümüzə yaltaqlanırdı.
İnanma əzizim,
İnanma buna.

Bir sınmış ağacın altında çöküb
Desələr budağı bağlayırdı o.
Bir solmuş çiçəyi min dəfə öpüb,
Lap uşaqdan betər ağlayırdı o.
Sən inan əzizim,
Sən inan buna.

Birinin haqqını aldılar əldən,
Desələr daş kimi susub baxırdi.
Heykələ dönmüşdü durduğu yerdə
Səsini içinə qısıb baxırdı.
İnanma əzizim,
İnanma buna.

Desələr qırdılar qol-qanadını,
Çiynindən təzədən qanadlar bitdi.
Dilənçiyə verib son manatını
Desələr evinə piyada getdi,
Sən inan,əzizim,
Sən inan buna.

Desələr birinin üzünə gülüb
Sonra arxasınca danışdı onun.
Desələr ömrünü min yerə bölüb,
Başı görüşlərə qarışdı onun,-
İnanma əzizim,
İnanma buna.

Desələr unutmur o ilk eşqini,
Üstündə gül kimi bitir məzarın.
Sanki ilk görüşə getdiyi kimi
Hər gün görüşünə gedir məzarın.
sən inan əzizim,
Sen inan buna.

Desələr dəfn etdik dünən biz onu,
O da hamı kimi yaşadı,öldü.
Bilməzdik bu qədər yaxınmış yolu
Qayıdıb dünyaya təzədən gəldi.
Sən inan əzizim,
Sən inan buna...
9 iyun 2010
GO BACK