BİR NƏFƏR DOSTA
Əla, ey sərvəri-niku-xəsailKi, səndəndir fəxarət ruzigarə.
Əla, ey sərvəri kim, seyti-fəzlin
Yetib aləmdə gün tək iştiharə.
Keçən gün tifli-çakərzadə iləKi, həq vermiş onu məni dilfikarə,
Durub qəm kəsrətindən kuçə içrə,
Edirdik əcz ilə hər yan nəzarə,
Nümayan oldu nagəh bir cənazə,
Aparırlardı dəfn üçün məzarə.
Düşüb bir tifl dalınça o nəşin,
Edib qəmdən yaxasın parə-parə.
Açıb başın, töküb gülrəng yaşın,
Gəlib fəryadə manəndi-bəzarə.
Deyərdı nalə ilə key, babacan,
Aparırlar səni bir bəd diyarə:
Lihafın xiştü bəstər qarə torpaq,
Olur tömə vücudin murü marə.
Nə abü nə qida, nə şəmü şərbət,
Misali-bəxti-əhli-şer qarə.
Bu halı tifli-çakərzadə görcək,
Gəlib fəryadə düşdü ahü zarəKi, vaveyla, məgər ağa, bu nəşi
Qoyacaqlar bizim evdə məzarə?
Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür,
Bu gunə sözləri eylə kənarə. Dedi:-
Bu vəsflər kim, söylər ol tifl.
Bizim ev halətin gətdi şümarəKi, nə abü ğiza, nə şəmü şərbət,
Çəkibdi fəqr odu onda şərarə.
Həqiqət hal, ey fəxri-zəmanə,
Bu halətdir nihanü aşikarə.
Əgər bundan ziyadə kəşf qılsam
Düşər od xirməni-səbrü qərarə.
Ümidi-Seyyid oldur bu məlaləKi, etsin himmətin lütf ilə çarə.
Behəqqi - Seyyidi -ruzi-qiyamətKi, şafedir hami xürdü kibarə.
Nə xahiş eyləsən, olsun müyəssər,
Yetişsin şövkəti ruzi-şümarə.
Seyid Əzim Şirvani