Anam öldümü?
Nə tez əllərini üzdün dünyadan,
Balani tək qoyub hara getdin sən?
Nece yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi-otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm : Səndan nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin,ana
Bizə borclu bildik hər zaman səni,
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şir laylalarını
Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun"-deyərdin mənə,
"Yuxun şirin olsun"- deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadir,
İnsan oğlunun
Xəyali göydədir, özü yerdədir.
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir!
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimim, qəmimin səndin ortağı,
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin"- deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?_
Anam, heç kəsi incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdir,ana, ay ana,
"Nənəm hanı"-deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bəlmirəm ölüm nədir,
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu,
anam yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalniz sənə,
Sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.
"Kimləri çağiraq bu gün yeddiyə" ?
Xalalar, bacılar soruşur məndən,
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana toprağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim,
Sən məni arxamda bənzərdin dağa,
Elə bil arxamdan dağ uçdu mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu
gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə!
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır,
Gün olur axşam.
VAxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram
Nə tez əllərini üzdün dünyadan,
Balani tək qoyub hara getdin sən?
Nece yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi-otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm : Səndan nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin,ana
Bizə borclu bildik hər zaman səni,
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şir laylalarını
Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun"-deyərdin mənə,
"Yuxun şirin olsun"- deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadir,
İnsan oğlunun
Xəyali göydədir, özü yerdədir.
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir!
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimim, qəmimin səndin ortağı,
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin"- deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?_
Anam, heç kəsi incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdir,ana, ay ana,
"Nənəm hanı"-deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bəlmirəm ölüm nədir,
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu,
anam yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalniz sənə,
Sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.
"Kimləri çağiraq bu gün yeddiyə" ?
Xalalar, bacılar soruşur məndən,
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana toprağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim,
Sən məni arxamda bənzərdin dağa,
Elə bil arxamdan dağ uçdu mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu
gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə!
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır,
Gün olur axşam.
VAxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram