Qadin.NET / Aşiq olmuşam

Aşiq olmuşam

 

Aşiq olmuşam

 

Yaşımın məhəbbət duyan çağında

Vurulmuşam sənə, aşiq olmuşam.

O gündən gəzirəm sevgi bağında,

Dinclik yoxdur mənə, aşiq olmuşam.

 

Haraya baxıram göz önümdə sən,

Gecəli-gündüzlü ürəyimdəsən.

Eşqinlə yüz deyil min il də desən

Yaşayaram yenə, aşiq olmuşam.

 

Sənsiz həyatım da boş bir xəyaldır-

Bu necə sevgidir, bu necə haldır?!

Naz ilə dediyin hər sözün baldır,

Şirin sözlərinə aşiq olmuşam.

 

Qaşların qıvrılıb məni çalsa da,

Baxışın qəlbimi oda salsa da,

Məni öldürən gözlərin olsa da,

Qara gözlərinə aşiq olmuşam.

5 dekabr 2011
GO BACK