Qadin.NET / Yazırıq Sevgidən (şeir)

Yazırıq Sevgidən (şeir)

 

YAZIRIQ SEVGİDƏN

Yazırıq Sevgidən (şeir)

Yazırıq sevgidən,

Yazırıq ancaq

Elə sətirlrdə alışırıq biz.

Məhəbbət olubdur oyun oyuncaq,

Hansı məhəbbətdən danışırıq biz.

 

Odlara qalanmaq ötəri hissdir,

Kəlmələr biçimli,

Sözlər biçimli ...

Çoxları diplomsuz mütəxəsisdir,

Eh , ürək aldatmaq bir su içimi.

Sevimmi ?!

Tərəddüd qət edə bilmir,

Bəzən itiririk inam , ümüdi.

Ürək var duyğular fəth edə bilmir,

Ürək var həndəsi fiqur kimidir.

Bir qəlbə girəndə boyalı sözlər,

Görən öz sözünü ürək dedimi ?!

Axtarır,

Axtarır,

Axtarır gözlər ;

İşləyən bir saat kəfkiri kimi .

 

Təbəssümlər saxta, söz qiymətlidir,

Yalanı yalanla alqışlayırlar .

Çoxları könüldən səxavətlidir,

Hər qıza bir könül bağışlayirlar ....

 

Elə məhəbbətdən yazırıq ancaq

Elə sətirlərdə alışırıq biz .

Məhəbbət olubdur oyun - oyuncaq ;

Hansı məhəbbətdən danışırıq biz?!..

 

Nüsrət Kəsəmənli

7 aprel 2020
GO BACK