Qadin.NET / "Hamı Qardaş Olsa Da" Ramiz Rövşən

"Hamı Qardaş Olsa Da" Ramiz Rövşən

 

Hamı Qardaş Olsa Da

"Hamı Qardaş Olsa Da" Ramiz Rövşən

Anara

 

Öz itini hamı öyər,

Lap qudurmuş olsa da.

Ayranına kim turş deyər?

Ayranı turş olsa da.

 

Sözlər var ki, dilə gəlməz,

Dil bir qarış olsa da.

Əldən çıxan ələ gəlməz,

Barmağın beş olsa da.

 

Xarabadı bu ev-eşik,

Daş üstə daş olsa da.

Niyə düşmən kəsilmişik?

Hamı qardaş olsa da

 

Nə oyağam, nə yuxulu,

Gözlərim yaş olsa da.

...O quş nə qəşəng oxuyur,

Adı Bayquş olsa da...

 

Əlvida

 

Səni sevdim sevilmədən,-

Dodağımda öpülməyən,

Hələ sənə deyilməyən

Sözlərim qaldı, əlvida!

 

Güc yox ümid bəsləməyə,

Təzə sevgi gözləməyə,

Sifətimi gizləməyə

Dizlərim qaldı, əlvida!

 

Uçmadım quşlaq içində,-

Yadlar, tanışlar içində,

Yağan yağışlar içində

Gözlərim qaldı, əlvida!...

 

11 mart 2020
GO BACK