Qadin.NET / Könlüm (şeir)

Könlüm (şeir)

 

 

Könlüm (şeir)

 

 

Həsrətinə dayanmağa,

Başı qarlı dağdı könlüm.

Taqəti yox ovunmağa,

Viran olan bağdı könlüm.

 

Ahım çatar göy üzünə,

Tanrı inanmaz sözümə,

Düşüb qalım izlərinə,

Bir səs, bir sorağdı, könlüm.

 

Yandı bağrım, yaman dolub,

Göz yaşlarım leysan olub,

Arzularım vaxtsız solub,

bu necə bir şağdı könlüm.

 

Bir dünyam var sən adında.

İsmim qalmaz heç yadında,

Sənə çatmır harayım da,

Eh, yünə fərağdı könlüm.

 

 

Könlüm (şeir)

 

 

Çatladı səbrimin daşı,

Yüzdür həsrətimin yaşı,

Kimlə olum dərd yoldaşı?

Ömrümə yaraqlı könlüm.

 

Qəm yükünü çəkim fedim,

Bircə ümid əkim gedim,

Xəyal tək çəkilim, gedim,

Eşqin ağ varağdı könlüm.

 

Bu yolların sonu zülmət,

Hey gözləyir bizi möhlət,

 Burax ölüm etmə zəhət,

Niyə hələ sağdı könlüm.

 

Fərqanə Yusifqızı

15 aprel 2020
GO BACK