Qadin.NET / Boğ o məhəbbəti bacarırsansa...

Boğ o məhəbbəti bacarırsansa...

 Boğ o məhəbbəti bacarırsansa...

 

Boğ o məhəbbəti bacarırsansa

Bilirəm o sənə heç gərək deyil.

Uzaqlaş ömrümdən, uzaqlaş barı

Şirinin yoxdursa, acı da vermə.


Bu gün hansımızsa bir az qəddarıq

Mən belə deyildim, sən belə etdin.

Sən isə əzəldən elə beləydin

Mən sənin nəyini sevmişdim görən?


Gedirəm, rahat ol, yolun açıqdır

Qəribə insansan, məntiqin yoxmuş.

Sənə yaxınlaşıram, uzaqlaşırsan

Səndən uzaqlaşanda yaxınlaşırsan.


Boğ o məhəbbəti bacarırsansa,

Çətin olmayacaq bu sənin üçün.

Heç incitməyəcək bu gediş səni

Bəlkə də fürsətdir, göydəndüşmədir.


Demək müttəhiməm, hakimim sənsən

Qoy olsun, nə deyim söz də sənindir.

Buyur möhtərəm hakim, indi de görək

Hansı  maddə ilə cəza kəsirsən?


Gör məni nə ilə suclayırsan sən

Bağışla, mən sənə boyun əymərəm.

Sənin iti baltan ilə ölməkdənsə mən

Öz paslı xəncərimi tərcih edərəm.


Qoy pulun da olsun, sarayların da

Maşının, daş-qaşın, hər şeyin olsun.

Get, sənin o qədər arzuların var

Bağışla, mən sənə verə bilmədim.


Dua edirəm ki, canın sag olsun

Sən də bir insansan, mən də bir insan.

Sənin arzuların artıq bəllidir

Mənim arzularımsa tükəndi-bitdi.


Gənclik ömrümüzün səhvlər çağıdır.

Sən mənim səhvimsən, mən sənin səhvin.

Üz-üzə gələndə dinmə-danışma

Sən mənə doğma ol, mənsə sənə yad.


Mən səni sevmişəm, həqiqət budur

Sənin sevdiklərini mən sevməmişəm.

O vaxtlar harda idi bu arzuların?

Bəlkədə var imiş, mən bilməmişəm.


Toxunma yaralı qəlbimə daha

Sən ayrı yoldasan, mən  ayrı yolda.

Qoydun gənc ömrümü qarda, sazaqda

Halbuki çiçəkli yaz vəd etmişdin.

19 noyabr 2011
GO BACK