Qadin.NET / Buraxma məni

Buraxma məni


Nəfsimi bir qüdrət əlində tutan,

Nəfsimin əlinə buraxma məni.

Gəlməyən günləri önünə qatan

Tamahın selinə buraxma məni.

 

Əslində peşmanlıq qısqancındayam,

Fərari günlərin utancındayam,

Ağlım bir uçurum, mən ucundayam

Ağlımın yelinə buraxma məni. 

 

Atəş olsam nə ki, varmı cürumum

Özümü qorxudar hissim, qurumum.

Hər şeyim ortada, budur durumum

Mənliyin külünə buraxma məni.

 

Qapına baş qoyub hər an gözlərəm,

Bilirəm, qovsan da çıxıb getmərəm.

Varmı səndən başqa sığınaq yerim

Bir ovuc quluna buraxma məni.

9 dekabr 2011
GO BACK