Qadin.NET / Doğma yalan (şeir)

Doğma yalan (şeir)

 

DOĞMA YALAN ...

 

Doğma yalan (şeir)

 

Sənə güclüyəm deyəndə

aciz idim mən,

çox aciz

Sənə yaxınam deyəndə

sonu gözlə görünməyən-

yollar qədər uzaq idim.

 

Sənə qorxma dediyimdə

özüm tir-tir əsirdim mən.

Sənə ümüd bəxş edəndə

bilirsənmi,

əlimdə bir iti bıçaq

ümüdümü “kəsirdim” mən.

 

Sənə ağlama deyəndə

hönkürtüdən

içimdə tufan var idi

Göz yaşlarını siləndə

öz gözümdə qan var idi.

 

Sənə gözəlsən deyəndə

kor idim mən-

gözüm görmürdüki mənim

Sənə ürəyim deyəndə

qəlbim vurmurduki mənim.

 

Sənçün dağları “dələn” mən

özüm çoxdan dağılmışdım

dəryaları “ram” edərkən

haçandır ki, boğulmuşdum

 

Hər şey adi yalan idi

su kimi təmiz bir yalan

Acı həqiqətdən şirin,

doğma

və əziz bir yalan...

 

İlqar Kamil

3 mart 2020
GO BACK