Qadin.NET / Günahım varsa...

Günahım varsa...


Eşqimdə həmişə dəyanətliyəm,

Dəyanət xətrinə keç günahımdan.

Hərdən qəlb qırsam da sədaqətliyəm,

Sədaqət xətrinə keç günahımdan.

*** 

Nə sənə sadəcə həyan demişəm,

Nə eşqi çəkiyə qoyan demişəm,

Nə də ki, bir kəlmə yalan demişəm,

Həqiqət xətrinə keç günahımdan.

*** 

Məhəbbət gəncliyin ilk carçısıdır.

Məhəbbət xəzansız gül bağçasıdır.

Məhəbbət ki, ömrün bir parçasıdır.

Məhəbbət xətrinə keç günahımdan!


P.S. Əziz xanımlar, şeirin müəllifini bilmirəm. Anamın ən çox sevdiyi şeirlərdəndir. Uşaqlıqdan dəftərimin arasında saxlamışdım. Bu gün dəftəri vərəqləyəndə bir daha oxudum və Sizlərlə bölüşmək istədim. Ümid edirəm, bəyənəcəksinizsmile

18 dekabr 2011
GO BACK