Gecə uzun, gecə səssiz
Məkanımız sonsuz dəniz.
Arzuların qanadında
Səmaları yara-yara
Hey uçuram
Uzaqlara, yaxınlara,
Mən dalıram xəyallara.
Həyatımda olub–keçən
Yaxşılara, yamanlara
Sözüm yoxdu,
Arzum çoxdu.
Nə yaxşı ki, sən də varsan,
Mənim üçün doğulmusan.
Bəlkə gizli, bəlkə aşkar
Sənin üçün mən də varam.
Bilirəm ki, qovuşmarıq bu dünyada,
Amma yenə ümidim var.
Bir də gizli tək sevgim var.
Xəyalımda yol gedirik əl-ələ biz
Gecə uzun, gecə səssiz...
[/hide]