Qadin.NET / Uşaqlar üçün yeni il şeirləri

Uşaqlar üçün yeni il şeirləri

Uşaqlar üçün yeni il şeirləri

Yeni il gəlir

 

Süd kimi ağ qar ilə,

Çoxlu-çoxlu bar ilə,

Qış ilə, bahar ilə

Yeni il gəldi,

Yeni il gəldi.

Neçə nübar ilə,

Yeni il gəldi.

 

Dekabrın son günü,

Bizə tutub üzünü,

Dedi ürək sözünü:

Yeni il gəldi,

Yeni il gəldi.

Görürük özünü,

Yeni il gəldi.

 

Bəzənmişdir yolkalar,

Onların da sözü var:

–Bilsin ellər, obalar,

Yeni il gəlir,

Yeni il gəlir.

Sevinir uşaqlar,

Yeni il gəlir.

 

Sevinclə gülə-gülə,

Aydın səhərlər ilə,

Yeni zəfərlər ilə

Yeni il gəldi,

Yeni il gəldi.

Hər obaya, elə,

Yeni il gəldi.

 

Hikmət Ziya

Uşaqlar üçün yeni il şeirləri

Yeni il

 

Əsir qışın küləyi

Küçələrdə soyuq, qar,

Oynayırlar qar topu

Dəstə – dəstə uşaqlar.

 

Bağçalarda dəydikcə

Soyuq qışın sazağı,

Alma kimi qızarır

Körpələrin yanağı.

 

Böyük yolka qurulub

Meydançada bax yenə.

Nəğmə deyir uşaqlar

Gözəl qışa, Vətənə,

 

Yox, yox! Gəlin hələ siz

Bəzəklərə baxın bir,

Bu sayrışan işıqlar

Bir – birindən gözəldir!

 

Əlində böyük əsa,

Başında da qar papaq

Şaxta baba yenə də

Bizlərə gəlmiş qonaq,

 

Uşaqlarla o, yenə

Gözlərində məhəbbət

Bəzən də edir söhbət,

O, söyləyir: – Uşaqlar,

 

Oynayın qəşəng – qəşəng;

Sizin yeni iliniz

Görüm olsun mübarək!

Sevin dərsi, zəhməti,

 

Sadiq olun yoldaşa;

Sevin Р°nР° Vətəni,

Ziynət verin hər daşa.

Daha gözəl olacaq

Xalqımızın həyatı!.

 

Zeynal Xəlil

 

24 dekabr 2019
GO BACK