Xocalı faciəsində bütün ailəsini və yaxınlarını itirmiş
Əsli anamıza
Donmuş baxışların od tək yandırır,
Buzun belədirsə, odun nə imiş?
Gözündə donubdur o qış gecəsi
Dağların qarı da saçına enmiş.
Gözlərinə qurban, dəryadan dərin,
Dənizlər də daşar sən ağlayanda.
Bilmirəm, nə haqda düşünür qəlbin
O qarlı gecəni xatırlayanda...
Nə deyim, qismətin niyə belədir,
Deyirlər, talelər göylərdən gəlir.
Nədən başlayım mən, harda susum mən,
Şəkillər yaşayır, baxışlar dəlir.
Hər gözdə min arzu-dilək yaşayır,
Hər baxış ümidlə, fərəhlə gülür.
Faciələr dolu Xocalımızdan
İllərin yaddaşı oyanır, gəlir.
Səsin titrəsə də duruşun məğrur,
Qoy düşmən kəlməni bir də dinləsin.
Qatilə bu dağı diləməmək də
Deyil cəsarəti, bilin, heç kəsin.
Brest 26.02.2011
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Haray çəkir,Laçın bizi səsləyir
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Torpağımda yad nəfəslər əsnəyir.
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Ələsgəri qurban verdik,niyə biz?
Bəd əməli yaxşı bildik,niyə biz!?
Çox dərsləri yaddan sildik,niyə biz!?
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Naxçıvanı ayrı saldıq,barışdıq!
Göyçə getdi,aciz olduq,barşdıq!
Nə dedilər çəpik çaldıq,barışdıq!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Kəlbəcəri tapdaq etdi yağılar,
Yazılacaq hələ neçə ağılar.
Danışmıram,yoxsa dünyam dağılar.
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Canımızdan canı verdik özgəyə,
Ad qoydular,baxmadılar güzgüyə.
Ağrılarım sığışmayır yerə ,göyə,
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Zəngilansız,Qubadlısız qalmışıq.
Evimizdə "qaçqin" adi almışıq,
Müvəqqəti neçə yuva salmışıq!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Füzulinin adı qalb,özü yox,
Viran olub,babaların izi yox
Yerə dəyib Qarabağım,dizi yox
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Əsgəransız,Xocalısız,Ağdamsız,
Kişilik yox,düşmən dinsiz,imansız.
Dayaq verib,arxa duran amansız!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Boylanıram,zirvələri kövrəldir.
Murovumu düşmən didir,əridir!
Tərtərimin suyu yaşdır,qəhərdir,
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Torpağından yoğrulmuşuq,neyləyək.
Neçə kərə ovulmuşuq,neyləyək.
Evimizdən qovulmuşuq,neyləyək.
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Hərdən qalxır günbatandan yağışlar.
Damlaları göz yaşımla qarışar.
Bir ağlasaq Araz dolar,Kür daşar!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Niyə belə amansızsan,qətisən?
Ədaləti doğramağa itisən.
Düyünlərin açılmayır,çətinsən!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Şuşa yoxdur,Cəbrayılı vermişik,
Düşmən ilə boş söhbətə girmişik.
Neçə-neçə bəd üzünü görmüşük.
Nə səbəbdən üzüm gülsün,a dünya!?
İlham İdrisoğlu 22.05.2010 Brest
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pendirli rulet börek (foto resept)
Sabahın HAVAsı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"Heyvanların ibadəti"
Enrike ilk dəfə əkizlərindən danışdı
Nasa Günəşə kosmik gəmi göndərir
Heyvanın faydaları
Yaz havası olacaq
Düşmənimizi yaxından tanıyaq
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Yer əhalisi çoxalır
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Körpələr üçün maraqlı hədiyyələr
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Keçmişin 3 milyarderi
Sevgisi divarlarda qalanlar
Armudun faydaları
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Neftin qiyməti enir
Sarıkökün faydaları
Mercedes SLS AMG-nin salonu lüks oldu
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Şeron Stoundan yeni FOTOsessiya
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
"Supermen" olmaq istəyirsiniz?
Dünyanın möhtəşəm mənzərəli yolları
"Microsoft" "Facebook"u almaq istəyib
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Günün ulduz falı
Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Pulun iyinə komadan oyandı
Uşaqlar üçün bəzək əşyaları
Mirvari, gözdə axan şəlalə
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Avropada Windows phone zəiflədi
Hava şəraiti kəskin dəyişəcək
Təqaüdlərin məbləği açıqlandı
Malayziyanın ən gənc milyarderi - FOTO
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı
- ŞƏRHLƏR