Getdi oğulların,qayıtmaq üçün
Nigaran gözlərin hey yol çəkirdi
Axır ki,qayıtdı övladın,Vətən!
Üzə vurmasan da bu sonsuz dərdi,
Yandin,gizli-gizli ağladın,Vətən!
Aldın qucağına,basdın bağrına,
Qürurla boylandın dağlara sarı.
Yüngül məlhəm oldu sonsuz ağrına,
Qoynuna alanda qəhrəmanları.
Bir-birindən igid,ərən oğullar
Yolunda canını verməyə hazır.
Düşdüyün əzabı görən oğullar,
Qanıyla adını qayaya yazır.
Yolun haqq yoludur,canımız qurban,
Neylirik vətəni biz dilim-dilim!?
Gəlirik ,gözləsin hər elin,oban
İçəcək suyundan quruyan dilim.
Getdi oğulların,qayıtmaq üçün!
Qanı bahasına qorudu səni!
Yaralı könlünü ayıltmaq üçün,
Sonuncu baxışda aradı səni.
07.11.2010 Brest
Qığılcım ol,Vətən üçün alış sən
Kitab açıb,vərəqləsən keçmişi,
Tariximi Babəklərdən soruş sən!
Ağqoyunlu,Qızılbaşlar yetirmiş
Millətimin qılıncıyla döyüş sən!
Qılınc çaldı,tarix yazdı oğullar
Dastanları,kitab-kitab yığdılar
Qeyrətindən qorxdu,qaçdı yağılar!
Keçmişimlə qürur eylə,qovuş sən
Nüşabənin nəvəsiyik,unutma
Söz verdinsə,irəli dur,qayıtma
Geri qaçıb düşmənini oyatma
Qolun sınsa,baxışınla vuruş sən!
Tarix yazıb,bu qismətdir payımız.
Özgə üstə işıq salır ayımız.
Nalə çəkir torpağımız,suyumuz,
Gətirmə,gəl bu minvala duruş sən!
Doğradılar,tikə-tikə kəsdilər
Fırtına tək üstümüzə əsdilər
Bəsdir,qardaş,göz kor edən tüstülər
Qığılcım ol,Vətən üçün alış sən!
12.11.2010.Brest
Bəyaz qar üstünə qan yağacaqmış!
Nə bilsin onsuz da yuxusuz qalan
Ana son laylani çalır bu gecə.
Arzula,diləklə,xoş xəyallarla
Körpə balasıyla qalır bu gecə.
***
Nə bilsin o körpə, ana qoynunda
Vətəndən vətənə pənah aparır.
Axrıncı aşrımın son addımında
Analı günləri bitir,qurtarır.
***
Nə bilsin o qoca, baba yurduna
Dünən ayaq basıb,çörək tapanlar
Qanlı əlcəyini geyib bir səhər
Adi insaniığı atar,tapdalar.
***
Nə bilsin ayazlı,ulduzlu gecə
Bəyaz qar üstünə qan yağacaqdır.
Dağların buzunu yuyub-əridən
Bahar yox,odlanan min bir ocaqdır.
***
Nə bilsin yuxuya gedən qayalar
Səhəri açacaq ah-nalələrlə.
Günahsız körpəni qoruduğuyçün
Tək-tənha qalacaq min güllələrlə
***
Nə bilsin uzağı yaxın eyləyən
Aşrımlar,dolaylar,gizli cığırlar
Azadlıq,qurtuluş,həyat yolunda
Dönüb olacaqlar əbədi məzar.
Brest 24.02.2010 5:17
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Demet yeni serialla efirlərə qayıdır-FOTO
Sadə manikür
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
Üz yuyarkən edilən səhvlər hansılardır?
Çox böyük təhlükə yatırıldı
Jirinovski azərbaycanlıları təhqir etdi
Mahsun Kırmızıgülün hər kəsdən gizlətdiyi 20 yaşlı oğlu - İLK DƏFƏ
Azərbaycan tarixindən yüz şəxsiyyət-66
Avropalı bayrama nə qədər xərcləyir?
Daha yaxşı dərs hazırlamaq üçün 6 təklif
Saç düzləşdirməyin mənfi təsirləri
SAĞLIĞINDA QİYMƏT VERƏK İNSANLARA
Azərbaycanda bu şəxslərin hər gününə 1,65 manat veriləcək
Kəs və yapışdır-5
7 addımda gözaltı torbalardan xilas olun!
Estetik əməliyyatsız qala bilməyən qız-FOTO
Aromaterapiya yağları və onların faydaları
İçimizdəki imza
Azərbaycanda müəllimlər iş yerini dəyişmək istəyirlər
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Ahmet Kuralın son halı bəyənilmədi-FOTO
Teymur Rəcəbov xanımı ilə
Murat Boz ayrılıq haqqında-FOTO
Koronavirusa görə bu məhsullar idxal rüsumundan azad edildi - QƏRAR
Badamcıq əməliyyatı
Yenilənən Infiniti QX80
Dizaynlı isitmə sistemləri
Listdə pendirli rulo boxça (foto resept)
Türkiyə MN: “Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət çalışmaları Azərbaycan və Rusiya ilə birlikdə davam edir”
Övladlarımızı sevgidən məhrum etməyək...
Mal ətinin qiyməti endirildi - 10 MANAT 50 QƏPİK
Rusiyanı gözləyən fəlakət
"Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur"
Günün qoroskopu: Düşərli gündür!
Merve Özbeyin toyundan FOTOlar
Sinem Öztürk ekizlərinə qoyacağı adları açıqladı-FOTO
İlk istilik batareyası təqdim edildi
Buse Varol Alişana ad günü SURPRİZİ etdi-FOTO
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Hamburger çörəyində yumurta (video-resept)
Günün qoroskopu: yeni taktikanı sınaqdan keçirin
Üzümlü salat (foto resept)
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - RƏSMİ
Prezident şəhidləri andı
Azərcell prezidentindən qiymətlər haqda - AÇIQLAMA
Yay evlərində 2018 dəbi
Adriana Lima yeni reklama çəkildi-FOTO
Kitabseverlər üçün kitab rəfləri
Rusiya vətəndaşlarına qadağa
- ŞƏRHLƏR