Boğ o məhəbbəti bacarırsansa
Bilirəm o sənə heç gərək deyil.
Uzaqlaş ömrümdən, uzaqlaş barı
Şirinin yoxdursa, acı da vermə.
Bu gün hansımızsa bir az qəddarıq
Mən belə deyildim, sən belə etdin.
Sən isə əzəldən elə beləydin
Mən sənin nəyini sevmişdim görən?
Gedirəm, rahat ol, yolun açıqdır
Qəribə insansan, məntiqin yoxmuş.
Sənə yaxınlaşıram, uzaqlaşırsan
Səndən uzaqlaşanda yaxınlaşırsan.
Boğ o məhəbbəti bacarırsansa,
Çətin olmayacaq bu sənin üçün.
Heç incitməyəcək bu gediş səni
Bəlkə də fürsətdir, göydəndüşmədir.
Demək müttəhiməm, hakimim sənsən
Qoy olsun, nə deyim söz də sənindir.
Buyur möhtərəm hakim, indi de görək
Hansı maddə ilə cəza kəsirsən?
Gör məni nə ilə suclayırsan sən
Bağışla, mən sənə boyun əymərəm.
Sənin iti baltan ilə ölməkdənsə mən
Öz paslı xəncərimi tərcih edərəm.
Qoy pulun da olsun, sarayların da
Maşının, daş-qaşın, hər şeyin olsun.
Get, sənin o qədər arzuların var
Bağışla, mən sənə verə bilmədim.
Dua edirəm ki, canın sag olsun
Sən də bir insansan, mən də bir insan.
Sənin arzuların artıq bəllidir
Mənim arzularımsa tükəndi-bitdi.
Gənclik ömrümüzün səhvlər çağıdır.
Sən mənim səhvimsən, mən sənin səhvin.
Üz-üzə gələndə dinmə-danışma
Sən mənə doğma ol, mənsə sənə yad.
Mən səni sevmişəm, həqiqət budur
Sənin sevdiklərini mən sevməmişəm.
O vaxtlar harda idi bu arzuların?
Bəlkədə var imiş, mən bilməmişəm.
Toxunma yaralı qəlbimə daha
Sən ayrı yoldasan, mən ayrı yolda.
Qoydun gənc ömrümü qarda, sazaqda
Halbuki çiçəkli yaz vəd etmişdin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Həftə sonunun HAVAsı
D vitamini hansı qidaların tərkibində olur?
Hörümçək toru
1 yaşına qədər körpələr necə qidalanmalıdır?
Uşaqları onlardan qoruyun
Bakıda yaşıllıq asfaltla əvəz edilir
Toyuqlu "qarnıyarıq"(foto resept)
Prezident və xanımı açılış mərasimində - FOTO
GMO məhsullarla bağlı yeni tələblər qoyulacaq
10 gündə 48 nəfərin itdiyi şəhər-camaat qorxu içindədir
İnanclar
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
İlin ən yaxşı fotoları
Bayram günü hava necə olacaq?
Bu dondurmaları yeməyin
Ermənistana sərt xəbərdarlıq: "İstənilən hərbi obyekt məhv ediləcək"
Gələn ilin İş Vaxtı norması və istehsalat Təqvimi təsdiqləndi
Çimərlikdə uşaq barmağı tapıldı
Ölkədə suyun qiyməti artırılacaq?
Google 3D planşet göstərdi
Tatuajla bağlı sensasiyalı açıqlama
Britaniyada son 27 ildə belə qış olmamışdı - FOTO
Kişilərin bilinməyən xarakterləri
“Hər uşaq bir hədiyyədir!”
Məktəblər nə vaxt açılacaq?
PSİXOLOJİ ETYUD
Kivi maskası ilə gözəlləşin
"Mourinyo üçün dünyanın sonuna qədər gedə bilərəm"
Doğru büsthalter seçimi
Bu 2 təbii məhsul üzünüzü TƏMİZ və CAVAN edəcək
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş humanitar aksiya
Kraliça II Yelizaveta koronavirusa yoluxdu
Şəkər xəstəliyinin ilkin əlamətləri
Düz bir qarın üçün 4 tövsiyyə
Türk yazıçı və şairlərinin hələ də yaşayan evləri
Əlin içi ilə alver etmək olacaq
Milli Məclis Avropanı sərt tənqid etdi
Gözəl qız üz ləkəsi ilə meydan oxuyur
Soyuducular
Günəş tutulacaq
Gömrük proseduru dəyişdi
9 yaşlı uşaq Universitet məzunu olmağa hazırlaşır
Yanmış saçlara maska
Qəribə və nadir heyvanlar
Oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə şadlıq sarayları...
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
40 dərəcə şaxtada qısa ətək geyinən qızın ayaqları dondu - FOTO
200 gözü olan yeganə canlı-FOTO
İran parlamenti Urmiya gölü ilə bağlı qərar verdi
Damla şokoladlı keks (foto resept)
- ŞƏRHLƏR