İstəmirəm
Qüssə kimi ələr oldum,
Cəhənnəmdən gələr oldum.
Gün görməyib bu dünyada,
Quzu kimi mələr oldum.
İstəmirəm bu həyatı.
Ömür axıb keçib getdi,
Mənə yaman zülm etdi.
Taleyim də qara gəlib,
Mənim üçün yaşam bitdi!
İstəmirəm bu həyatı.
Axı nəfəs külək deyil,
Hər söz-söhbət kələk deyil.
Daha bu gündən sonra
Dünya mənə gərək deyil!
İstəmirəm bu həyatı.
Haçan xoşbəxt olacağam?
Eşqdən donub qalacağam.
Uçub gedib aya, günə
Göydə məskən salacağam,
İstəmirəm bu həyatı.
Düşüb çovğun, çənə dünya
Əzab verib mənə dünya.
Həyatımı məhv eylədin,
Lənət olsun sənə, dünya!
İstəmirəm bu həyatı.
Zarafat eyləmə mənimlə, dünya
Sanma söz-söhbətdən qorxub qaçaram,
Nə də ki südəmər körpə uşağam.
Bil ki mən səndən də cəsur, qoçağam,
Zarafat eyləmə mənimlə, dünya.
Nə deyim, sözümün düzün bilirsən,
Taleyin qismətin, üzün bilirsən.
Səni xoşlamıram, özün bilirsən,
Zarafat eyləmə mənimlə, dünya.
Gətirmə sən məni indi yanına,
Yoxsa susamısan artıq canıma.
Eyləmə, bulansın əlim qanına
Zarafat eyləmə mənimlə, dünya.
Əgər mən eyləsəm pis edəcəyəm,
Ömrünü qapqara his edəcəyəm.
Mənə tələ qursan hiss edəcəyəm,
Zarafat eyləmə mənimlə, dünya.
Görmədim kim səni, səni çox sevir,
Hamı pisliyindən min bir söz deyir.
Elvin Mütaliboğlu xəbərdar edir
Zarafat eyləmə mənimlə, dünya.
28 iyun, 2009
Bu cür yaranıbdır əzəldən dünya
Bu cür yaranıbdı əzəldən dünya,
Namərdlik, nadanlıq, naxələf üstə.
Bu cür yaranıbdır əzəldən dünya,
Satqınlıq, murdarlıq, bitərəf üstə.
Ömür yarpaqları tökülür bir-bir
Nə dostda sirr qalır, nə yarda vəfa.
Açılan əllər də bükülür bir-bir,
Qalmır bu dünyada nə insaf, səfa.
İnana bilmirəm daha zamana,
O mələk donunda şeytan kimidir.
Vermirəm heç vaxtı ömrü gümana,
Xəyal da bir tüstü, qəlyan kimidir.
Bir kərə dəymədi kürəyim yerə,
Tam məğlub edilməz olmuşam daha.
Yaşadım həyatı bu boyda belə,
Şikayət etmədim bir gün Allaha.
Əzəldən dünyanın işi belədir,
Həyatı bixəbər sürürük, gedir.
Əcəl də daima kədər ələdi,
Ancaq ki nə edir, özünə edir.
Elvin Mütaliboğlu
16 avqust, 2009
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bəlğəmi nə təmizləyər?
Təhsil nazirindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
Türkiyə ekranların ən dəbli məşhurları
Dünyanı xeyirxahlıq xilas edəcək
"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var
Günün ulduz falı - 04.10.2013
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənistan ordusu Qazaxı atəşə tutdu
Çində təmiz hava pulla satılır
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Təhsil nazirindən şagirdlərə qadağa
Milyonlarla insanın həyatı belə dəyişdi
Real şəkilləri illustrasiyaya çevirdi
Bu gün Azərbaycanda bu ilin ilk sınaq imtahanları keçirilir
Beş yeni zavod açılır
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
Qazan kotleti (foto resept)
Başqa planetlərdə həyat axtarışı – Elm adamlarından kəşf
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Azərbaycanda II və III sinif dərslikləri yenidən hazırlanacaq
Dənizin gözəlliyi və dəniz suyunun faydaları
Qadınlara güzəştli kreditlərin verilməsi təklif olunur
Bakı günə dəhşətli avtobus qəzası ilə başladı: ölən və yaralıların sayı açıqlandı
Şəhərlərarası hərəkət qadağan edildi - VİDEO
"Hazırda Azərbaycanda tətbiq olunan gömrük tarifləri ölkə iqtisadiyyatının inkişaf tələblərinə cavab verir "
AFFA "Neftçi"nin futbolçusuna rəhm etdi
Ev heyvanlarına sənəd nə üçün lazımdır?
"Ustad" dərgisinin 15-ci sayı nəşr edildi!
Hələ yaşamağa dəyər
Ləyaqətli qadın kimdir?
"Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR
Yay üçün müxtəlif geyim kombinasiyaları
Heç vaxt görmədiyiniz qeyri-adi quşlar
Prezident İlham Əliyev əlil və şəhid ailələrini sevindirdi
Tərcümə edən qulaqcıqlar-FOTO
Luisin cəzası bitdi, "Barsa" nəfəsini tutdu
Ermənistandan qaçan ən məşhur ermənilər
Bakıda güclü ildırım
Yaradıcı divar dekorasiyaları
Azərbaycanda göbələkdən zəhərlənmə və onun yaratdığı fəsadların sayı artıb
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
Qadınlar hansı qidalara üstünlük verməlidir?
Sayı durmadan artan "smaylik"lər
Qız şərəfi, qadın isməti
Quru dəri üçün şokolad maskası
Ən təhlükəli parollar açıqlandı - SİYAHI
Məşhur rəssamın nəvəsi babasından acığını belə çıxır
Ərdoğan: “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”
Necə bir evliliyiniz var?
İlham Əliyev iftar mərasiminə qatıldı
- ŞƏRHLƏR