Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,
Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,
Burdan ora nə göndərim, o saçların tumarlansın?
Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,
O sevincli göz yaşların töküləydi kaş ovcuma
Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,
Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,
Yatağına qonmaq üçün nə sehr var dilimdədir,
Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,
Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin
Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,
Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.
Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq
Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,
O ətirli saçlarından gizlin bir cüt qopardaraq,
Yapışdırdım saçlarıma, indi həmin telinləyəm
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Könül
Tamahlanma sən hər "sağ ol" a,
Sağ olduqca ölən könül,
Ruh bədəndə kaş sağ ola,
Ölən ruha gülən könül.
Zülmətlərə işıq çəkən,
Evsizlərə evlər tikən,
O dünyada diri ikən,
Bu dünyaya gələn könül.
Qardaş bildin hər qardaşı,
Bal sürtdükcə zəhər daşı,
Oğulsansa qur bardaşı,
Qardaş qədrin bilən könül.
Qərib sözün alma dilə,
Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,
Ələkdən keç, ələn könül.
Mirzə Sakit sözdə qani,
Sözə qurban söz qananı,
Söz içində daş-qayanı,
Sözlərinlə dələn Könül.
Müəllif: Mirzə Sakit.
XƏBƏR LENTİ
Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb
Bu ilin ilk Ay tutulması başladı
Ronaldo Paylaşımı ilə Diqqət çəkdi-FOTO
Hava haqqında
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
Çində insanları smartfonlarla tanıyacaqlar
Məşhurların əsl adları sizi təəccübləndirəcək - SİYAHI
"Çukur" haqqında nazirdən AÇIQLAMA
Teymur Məmmədov Azərbaycan çempionu oldu
Azərbaycan daha bir şəhid verdi
Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq
BÜRCLƏR bizə nə vəd edir? - 16 fevral
Kraliça türk serialına görə Çağırış etdi
Gün boyu necə pozitiv olaq?
Uşaq otağı dekorasiyaları
Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı AÇIQLAMA
Saatlar bir saat geri çəkiləcək
Qarabağın böyük tarixi abidəsi - Qaraköpəktəpə
Toylarda araq qadağan olunsun?
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görülüb
Övladınızın ağıllı olmasını istəyirsinizsə, bunları edin
Azərbaycan tarixindən yüz şəxsiyyət-82
Gecənin səma yolları
1 aya 20 kiloqram arıqladan detoks
Ev həsrətində olanlara şad xəbər!
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
Qat-qat xəmirdən göbələkli peraşki (foto resept)
Hava haqqında
Ebru plastik əməliyyatlarını dandı-FOTO
"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı
0-2 yaş arası uşaq psixologiyası
''Balaca çoban''
Koronavirusla bağlı son STATİSTİKA
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Gözəllik standartlarını yıxan modellər
Hava haqqında
Qış mövsümündə saça qulluq
Beyonse 37 yaşını adada qeyd etdi-FOTO
Partlamamış mərmidən Xəzinə Çıxdı-FOTO
Günün ulduz falı
İlham Əliyev bir sıra görüşlər keçirdi
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
Prezident İlham Əliyev və xanımı rəsmi qəbulda
Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı
Bəzəkli lampalar
SOS - Uşaq qidalarının 95%-də zəhərli metallar var - ARAŞDIRMA
Sarkisyan həbs oluna bilər
Son 40 il Azərbaycanın ən isti dövrüdür
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
- ŞƏRHLƏR