Bir azəri çiçəyi var,
Daim tərdir,
Bəxtəvərdir.
Necə gözəl ləçəyi var,
özü birdir,
sözü birdir.
Qışın soyuq günləri də
Tərliyini itirməyir,
Öz adına nə alçaqlıq,
Nə bir ləkə gətirməyir.
Payız vaxtı solur güllər,
O solmayır-dözümü var.
Yazda dörd yan olur güllər,
Amma onsuz gəlmir bahar.
Bir azəri çiçəyi var,
Sorağını çoxdur tutan,
Lakin ceyran tuta bilməz
Hər öyünüb kəmənd atan.
Hər uçandan qartal olmaz,
Hər oxuyan xanəndəmi?
Yetən kaman güldürərmi,
Ağladarmı Habil kimi?
Hər musiqi yaradan kəs
Əsərində ömür sürməz,
Çox bəstəkar tanıyıram-
Bir Üzeyir yeri verməz!
Bir azəri çiçəyi var,
Ətir saçır hər tərəfə.
Görməmişəm bircə dəfə
solduğunu,
Gözlərinin bulud kimi
dolduğunu
görməyim heç,
Bir təsəlli verməyim heç.
Ürəyində bir sıxıntı
qoy olmasın,
Qüssə ona pay olmasın.
Açıq səma bulud sevmir-
Ay yarımçıq görünməsin,
Xoş arzular qanad açsın,
Uçsun, yerdə sürünməsin!
Bir azəri çiçəyi var,
Uzun saçı qızılıdır.
Gözəlliyi təbiətdən
Taleyinə yazılıdır.
Gur saçının hər telində
Qəlb titrədən pərdələr var,
Ürəyində duyanları
Valeh edən pərdələr var.
Bu ahəngə vurulan çox,
Dinləyəni yoxdur hələ .
Baxışları sehirlidir-
Tilsimləri çoxdur hələ...
Bir azəri çiçəyi var,
Düşünəndir, duyandır o,
Özgəsinə qıyandır o.
İlk baxışda adi bir qız
Son baxışda sirli aləm.
Gah görünür tənha, yalqız,
Nəsə yazır əldə qələm.
Cavab vermir suala da,
Fikri tamam uzaqdadır,
Bu dünyanın acısını,
Şirinini duyur, dadır.
Bir azəri çiçəyi var,
Öyrənməmiş onu heç kəs.
Mühit onu dəyişməsə,
O sarsılmaz, solmaz əbəs.
Bəzək vurur həyatına
Təmənnasız, nəzarətsiz,
Dəyərlidir, daimidir
Addımbaşı qoyduğu iz.
Öz yoluna saçdığı nur
Səadəti olacaqdır,
İsmətinin, həyasının
Qiymətini alacaqdır.
Müəllif: Şair Təbib
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qurumuş dərini canladırmaq üçün 3 üsul
Erməni çöküşü sürətləndi
Modern iş geyimləri
Sevin, sevilin, kəşf edin...
Aprel ayının ən çox satılan kitabları-SİYAHI
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Geyim asılqanının başqa hansı faydasını bilirdiniz?
Bal pətəyinə diqqət
Sobada badımcan dolması (foto-resept)
Azərbaycan futboluna ağır itki üz verdi
Daha hansı filmlərimiz rənglənməlidir?
Memarlığın mükəmməliyi
Best Cow – Tanış dadın yeni adı!
Karantin günlərində kökəlməmək üçün...
Dünyada minlərlə insan bu günü gözləyir
Şeyma Subaşı yeni FOTOsu ilə diqqət çəkdi
Gavalı və göyəm turşusu (foto resept)
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Musiqidə əbədiləşən ömür...
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Trampın cangüdəni koronavirusa yoluxdu
İrem Derici övladlığa uşaq götürür
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Əqrəb və Dolça bürcü uyğunluğu
Dəyişmək
Yaz-yay ayaqqabıları
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Qiyabi təhsil ləğv olunur?
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Hansı günlərdə oruc tutmağın savabı daha çoxdur?
Sabah hava necə olacaq?
"Brent" markalı neftin qiyməti 50 dolları keçdi
Hulusi Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
"Qarabağda müharibə istənilən an başlaya bilər"
Uşaqların sosial-psixoloji inkişafı-7
Hicablı xanımlar üçün
Putindən Əliyevə dəvət
İngilis dili - XXXI dərs
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
Meyvələrin məzəli halları
Ledi Qaqa yeni Sevgilisi ilə-FOTO
Yaddaşı bərpa etmək olacaq?
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
İşində nömrə bir olmaq istəyənlər oxusun
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
Məşhur aktrisa koronavirusa yoluxdu
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Emberin məhkəmə rəyi üzə çıxıb
- ŞƏRHLƏR