O qadın...
Vaxt var idi Əlçatmaz idi o qadın-
dəryaların gözəgörünməzində,
dağların ta zirvəsində.
Hünərsiz, gücsüz, aciz kişi aldatdı
aldatdı onu “azadlıq” adlı bir ağacla,
aldı Həvvadan Adəmin qisasını
Allaha inad, dedi,
“azadlıq”-ın meyvəsindən dad, dedi.
Gəldi şorgöz kişinin oyununa
Eh, eh...
o gündən gözü-giryan oldu qadın
daddı o ağacın kal meyvəsindən
töküldü büsbütün əynindəkilər
lüt-üryan oldu qadın!
Vaxt var idi, əlçatmaz idi o qadın
dağların ta zirvəsində.
dağları dəlməyə yetmədi gücü aciz kişinin
Fərhadlar keçmişdə qaldı, dedi,
eşdi bığlarını,
onu başdan-ayağa bic-bic süzdü şorgöz kişi
“Azadlıq” tikəsini göstərə-göstərə
gətirdi ayaqlarının dibinə onu
əlçatmazlığını çözdü şorgöz kişi...
İndi o azaddı
hər kəsin istismar edə biləcəyi qədər azad
hər kəsin dada biləcəyi,
lazımsız bir əşya kimi
istifadə müddəti bitdiyində unuda biləcəyi qədər azad...
İndi o elə qapılıb ki, bu anormal azadlıq hallarına,
məsələn, seksual fiqura xəyallarına
yad olub əsl sevgiyə,
özgələşib müqəddəs Eşqə.
Vaxt var idi, o qadın yalnız qadın idi
indi isə hər şeydi,
qadından başqa...
Həyatı düz anlamayanda belə olur, dostum;
gəlirsən şeytanın oyununa
öz səhvlərini görməzdən gəlib
atırsan bütün günahları Yaradanın boynuna
Həyat rəngarəngdi;
ağlı-qaralı
biriləri ağlayır,
biriləri gülür...
Biriləri acından ölür
sən öz payınla doymursan deyə.
Axı niyə Allah qoydu ki ölsün, deyirsən.
Bax, arxadaş,
sən ölümü faciə sanırsan -
onu həyatdan saymırsan deyə.
Ulu Yaradansa,
mən ölümü də, həyat kimi yaratdım, deyir;
Adəmi
ölümü qazanmaq üçün həyata atdım, deyir.
Əbədi dünyanın ana bətnidir həyat
o üzdəndi ki, bəzən adama dar gəlir dünya –
təpikləyir bu darısqallığı körpə kimi, insan
heç bir səbəbsiz sıxılır, boğulur;
Xəbərin varmı sənin?
-dünyanın qanından, irininindən canını qurtarıb
hər an ölümə minlərlə insan doğulur.
Yaradanı çıxarma günahkar, dostum!
Bir bax:
hamının maşını, evi, pulu yoxdu
amma hər kəsin var səması, ulduzu
hər kəs üçün eynidi zaman; gün, ay, il
məsələn, heç kim günəşdən kasıb deyil.
Niyə, bilirsənmi?
Hələ ki onları satıb-almaq olmur axı;
zəiflərin başına yumruq vura-vura
Səma paylarını inhisara salmaq olmur axı...
Günahkar insandı
Insan!
Günahkar mənəm, sənsən, odur!
Bizim tamahımızdır ki,
Yeri-göyü silkələyir -
Bizim yanlışımızdır ki,
Dünyanı kərpic-kərpic dağıdır!
Günahkar mənəm, sənsən, odur!
Günahkar sənsən ki,
sənin payını əlindən alan
Uyudur səni fil qulağında
mışıl-mışıl yatırsan!
Bir xeyirli iş olanda
Fəxarətlə bunu MƏN etdim deyən sən
Sənin səhvin ucbatından yaranmış
bir şər görən kimi
Bir cümlə ilə, Allahının boynuna atırsan!
Xaliqini satırsan -
bir öpüşlə,
İsanın İudası kimi...
İlqar Kamil
XƏBƏR LENTİ
Doğum gününə görə xarekter (oktyabr)
Pensiya sistemi təkmilləşdiriləcək - RƏSMİ
Hilmi Cem otel aldı
Əfsanə nikah: 103 yaşlı bəy və 99 yaşlı gəlin
İlk baxişdan xoş təsir bağışlamaq istəyirsiniz?
Hava haqqında
Binalara istilik nə vaxt veriləcək?
Kovboy şlyapalı göyərçinlər hər kəsi şoka saldı - VİDEO
Nədir milli ruh?
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Qar dənəciyi düzəldək
Ziddiyyətli ata sözləri
Sırğa modelləri
Uşaqlar zorlandı, BMT rəsmisi ağladı-VİDEO
Qeyri-adi şəkillər
Uşaq papaqları
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
Bu yay ağıllı saat ola bilər
Ataları fərqli olan əkizlər
Adi yumurta İnstagram-da rekord vurdu - VİDEO - FOTO
İranın cücələr şəhəri
Corc Sorosdan böhran xəbərdarlığı
Bergüzar çimərlik görüntülərindən xəbər hazırladı - FOTO
40 min illik Boz qurd başı tapıldı
Bu ölkədə toylar nəzarətə götürülür - Şok qadağalar
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Azərbaycan və Ermənistan prezidentlərinin görüş tarixi dəqiqləşdi
Sensasiyalı kəşf: yeni Günəş sistemi TAPILDI
Ağ ciyər qıtlığı var
Türkün şən səsi vəfat etdi
Kəsmikli, xurmalı toplar (foto resept)
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyə gözəli hicablı FOTO paylaşdı
2017-ci ilin ən çox satılan kitabları
Qara çayın faydaları
İranda milli internet sistemi yaradılır
Ağacı fikirləşərək
Mehriban Əliyeva və qızı Moskvada Dövlət Tretyakov Qalereyasında -FOTO
Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlandı
Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçdi – STATİSTİKA
Ağzını tikdi
Badam yağı qaş və kirpik uzadırmı?
100 dollarlıq kompüter təqdim olundu
Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq
Evlilikdən əvvəl 5T qaydası
Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO
Ərikdəki möcüzə
Berliner ponçik (foto resept)
"Milan" satıldı - 1,5 milyarda
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
- ŞƏRHLƏR