Sarıya boyuyuram dünyamı, dünya sarı saçlı
Yaxamı buraxmır sənsizliyin ağrısı
Bir Bakı günü, bir sənsizlik həftəsi
Sarı saçlarından özümü asmaq kimi
Soyuq qışda, qürbətdə qalmaq kimi,
Olmamağın, bu yoxluq, bu sonsuzluq
Yarımçıq cümlələrin, əllərin
Addımların səkilərdə, səkilər məzarım kimi
Buralar çıxıb gedə, gedə oralara və ya
Çıxıb gedəsən buralardan sarı, çıxıb gedəsən və ya
Yollar çıxa gedə, oraları gətirə və ya
Dünya dəyişə, dünyamızı dəyişək sarı və ya
Aç bir balaca qapı, bir az nəfəs ver mənə
Boğuluram.
Otağıma sənsizlik sıxışdırılıb
Axı niyə bütün musiqilər sənsizliyi anladar?
Sən sənsizliyini buraxıb gedərkən
Bu şeirlər Bakını ağladar
Uzaqlığın dodaqlarına çevrilir
Sənsizliklə sevişirəm
Qızımızın adını
“Ayrılıq” qoyarıq
Nəfəslərim tez-tez kəsildiyindən
Tək nəfəsə yazıram artıq şeirləri
Maraqsız yaşlanırıq, rəngsizləşirik
Əminəm, Tanrı heç sevmir şairləri
Yoruldun?
Dur gedəy öləy
Sarı saçlarını çəkirəm ciyərlərimə
Bir az yoxluğun bulaşır şeirlərimə
Sarı saçlarında ilişib-qalır bir neçə faciəm
Özümü asdım bir səhər kirpiklərindən
Sən oyanmamış
Qısa ömrümdə illərdir eyni küçəyə
Eyni qadına, eyni səkiyə
Eyni siqaretə salamlar yağdırıram səhərlər
Heç kəs mənə rənglərdən danışmasın
İki gün çəkər uzunluğu bu zibil ömrümün, əgər
Qanıma hər gün bir-iki doza səni vurmasam
Nədənsə artıq sevə bilmirəm musiqini, və mən
Səndən yazmağa utanan şairlərdən nifrət edirəm
Və mən
Sarı saçlarının səsini duyuram
Bu şəhəri, hər yerindən
Tərk etdiyim zaman
Və mən
Gec anladım getdiyini
Tapmaq olmur yollarını
Payızın yarpaqları, yolunu qizlədib sanki
Mən bihuş, mən yarımçıq
Mən heç olmamış kimi
Səni səssiz sevə bilmirəm sanki
Al dünyamı, al Sarı
Bütün dünya sənin
Sənin çiynin mənim
Əllərim əllərinə ac
Bir nəfəslik canla
Pərişan, qapındayam sarı
Aç
Ali Khayyam
XƏBƏR LENTİ
Körpə ağlamağında gizlənən fayda
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Şeyma Subaşı sevgilisindən ayrıldı
İnkişaf etmək üçün 30 vərdiş
İnstaqram Madonnaya qadağa qoydu
Hava soyuyacaq
Tarkan izləyicilərindən kömək istədi
Hollivudun məşhur prodüserinə 23 il həbs cəzası verildi
Qızıl xeyli bahalaşdı
Sabahın HAVAsı
Alimlər teleskopla yadplanetliləri izlədi – İnanılmaz olay
Hansı yağ hansı dəri tipinə faydalıdır?
Saçları gurlaşdıran bildirçin yumurtası
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
"Üç qəhrəman" tortu (foto-resept)
Paltar yuyan zaman yol verilən 8 səhv
Bayram günü ABŞ və Kanadada yarım milyon ev qaranlıqda qaldı
Nigar Rəfibəylinin 100 illik yubileyi keçiriləcək
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Alimlərdən koronavirusla bağlı şok iddia: D vitamini...
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Dünyada ilk selfi muzeyi açıldı – FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
8 ildir qəbul olunan qanun niyə hələ də işləmir?
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Azərbaycan Kuboku: 1/8 final oyunları
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Bulvarda 15 gün "Lazer şou" olacaq
Ən mükəmməl əsərlərin siyahısı açıqlandı
Oyun zamanı "Qarabağ"dan sürpriz
ABŞ-da seçkilərdə fransız buldoq qazandı
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Sükan arxasında mürgüləmək ölümə aparır
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Roma imperiyası dövrünə aid yaşayış məskəni tapıldı
Sabah Milli Məclis 10 məsələyə baxacaq
Millət vəkili Ramil Səfərovun evində
Televizorsuz həyat varmı?
Cəbhədən son məlumatlar - VİDEO
Üzən dövlət nə vaxt hazır olacaq?
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Unutqanlıq üçün faydalı olan qidalar
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Yumoristik FOTOlar
Ərdoğan Qarabağa görə Moskvaya gedir
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
- ŞƏRHLƏR