Baxınca Arazına, yarandan axan qan sandım,
Suları qan tək bulanmışdı..
Yaralı Təbrizim!
Gözlərim yollarını qoy doyunca oxşasın ,
Həsrətli Təbrizim!
Yolların dərdindi sandım, yeridikcə ağladım,
Dərdli Təbrizim!
Gecələrin qəlbin kimi qüssədən qaralmışdı,
Qəlbini qoy oxşayım,
Qəlbi sınıq Təbrizim!
Bu gecələr neçə şəhadətə şahiddi,
Yolların göz yaşıyla sulanıb,
Qoca Təbrizim!
Havanda qəm iyi var, günəşində sönüklük
Yaxanda yad əli var,
Qərib Təbrizim!
Qayıdıram, arxamca körpə tək baxır gözlərin,
Öpüm torpağını gəl ağlaşaq, gəl dərdləşək,
Yetim Təbrizim! Mənim Təbrizim, mənim Təbrizim!
Gül-çiçəyi erkən solub bu yurdun,
İşıqları ümidi tək zəifdi.
Tarixi qoca ozan,
Dərdi dağdan böyükdür,
Havası suyu təmiz,
Amma qəm dadı verir.
Yeriyirəm, baxdıqca ətrafa hər şey gülümsəyən ölünü xatırladır. O hüznlü səhnədə kədəri bir gülüşlə silməyə çalışan süni təbəssümü... Hər yer bolluq-bərəkət, lakin iştaha qaçır bu yerdə, çünki hər daş, hər divar, hər məhsul, hər bitən bitki insandan hesab sorur, pıçıldayır qorxaraq “Bəs mənim azadlığım? Hanı torpağın haqqı? Hanı vətənin borcu? İki əsrdən qalma yükü boynundan düşür. Bəsdir daha əzildim nahaq tapdaq altında. Boynumda köhnə buxov qaldım yadlar əlində!” O tay-bu tay Azərbaycan... İkiyə bölünmüş can bir ürək... Araz ağlar bir sağına, bir soluna, gözü yolda qalan məzlum girovuna... Sən bir kənardan seyr elə bu şəhəri. Qara libasa bürünüb, matəm içində qalıb. Sanki alınan hər bir günə yas tutur bu diyar. Ah çarəsiz yurdum, sanki hər səndən qopanda səman torpağın yalvararcasına başımı oxşayır “Unutma dumanlı Təbrizi unutma!” deyə...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dil öyrənmək üçün
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Vahid tarif sistemi tətbiq olunacaq
Emrah son dəfə oxuyacaq!
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Moskvada daha bir məscid tikiləcək
Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Arnold Şvartsneger ilk dəfə baba olacaq
Qadın.Net-lilərin ilk körpə həyəcanı (2-ci hissə)
Maqnit qasırğası gözlənilir
Eliksirlə 10 yaş cavanlaş!
Bijüteriya asqıları
Dərmanla əzələ "şişirdən"lər -FOTO
Ronaldo 70 illik rekordu qırdı
Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ
Qan aldırmaq nəyə kömək edir?
HAVA necə olacaq?- 11 MAY
Gündəlik dəbli koftalar
Suvenir formasında hazırlanmış kostyumlar
Serenay öz gözəlliyindən danışdı-FOTO
Məşhur aktrisa Qəbələdə dincəlibmiş-FOTO
İlin dəbli çantaları
“Qarabağın məşhur müəllimləri” - Xan Şuşinski
102 yaşlı Mabel Souhilin uzun ömürlülüyünün sirri
Qadınlarımız yarışdan 10 medallar qayıdır
İlan, ya tırtıl?
Bu şəxslər 100 dollar cərimələnə bilər
Namazın rükətlərinin sayını bilmədən...
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
"İşğalçılar məhv olunacaq"
Təhlükəli kosmetik məhsullar
"Azəriqaz" "ASAN xidmət"də göstərdiyi xidmətlərin sayını artıracaq
Cəlilabad rayonu
Fəlakət: ən böyük göl qurudu
Xilaskarlarına minnətdar olan heyvanlar
Düşmənə daha bir tutarlı cavab
Polis kenqurunu axtarışa verdi
Kosmik gəmi keksi (foto resept)
Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Naməlum heyvan cəsədi tapıldı
Şəkərli diabet
Bu pişiklər 300 minlik sərvətə sahibdir
Bütün dünyanın inandığı yalanlar
C vitamini
Ecazkar xanımlar üçün donlar
Füzulidə gecə gərginliyi
- ŞƏRHLƏR