Nəvəm Turana...
Evdən ayrılanda beş-on günlüyə,
Məni bir cazibə evə çəkərmiş.
Bütün babaları öz ocağına
Nəvə çağırarmış,nəvə çəkərmiş.
Yatırmı,dururmu,neyləyir indi?
Başı öz işinə qarışan nəvəm.
Küsəndə titrədib dodaqlarını
Güləndə yanağı qırışan nəvəm.
Tanrı naxış vurub bu yaraşığa,
O,gülə çevrilib,mən sarmaşığa.
İncə gülüşləri dönüb işığa,
Göydə ulduz kimi sayrışan nəvəm.
İlahi,min şükür,babayam indi,
Könlüm bu eşq ilə dindi,nə dindi.
Yağdan da,baldan da min qat şirindi
Yarı gül,yarı bal,yarı şan nəvəm.
Sağlam toxum görüm,sağlam dən görüm,
Ruhu oynaq görüm,qəlbi şən ğörüm.
Bütün nəvələri sevinən görüm,
Olmasın heç zaman pərişan nəvəm.
Çiynimə dırmanan,başıma çıxan
Küsdürsəm,gözünün yaşını sıxan.
"Babam hanı?"-deyib yollara baxan
Məni anasından soruşan nəvəm.
Nə ayrılıq ola,nə həsrət ola,
Adının mənası həqiqət ola.
Turan dünyasına bir şöhrət ola,
Öz haqqı uğrunda vuruşan nəvəm.
Dərdi bir sevdiyi barı Zəlimxan
Neyləyir sərvəti,varı Zəlimxan.
Yarı məhəbbətdi,yarı Zəlimxan
Bizə salxım kimi sarışan nəvəm.
Təsəlli yeridi təkin,yalqızın
Babalar nəvəsiz, gör, nələr çəkir.
Başı qarışanda oğulun,qızın
Bizi evimizə nəvələr çəkir.
Zəlimxan Yaqub
XƏBƏR LENTİ
Tələbələrdən polislərə qəribə sürpriz -FOTO
İnsanların daha sonra çəkdikləri peşmanlıqlar
Aleyna Tilki açıqlama verdi
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Ətəklər
Ermənilər Ağdam sakinini yaraladılar
Gizli dünyaya açılan qapı-İddia
Yumurtalı tava tostu (foto-resept)
Zooparkdan 14 şir qaçdı
Yunan Küftəsi -"Köftedes" (foto-resept)
Apple servisləri artırır
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Litvada Xocalı faciəsinə həsr olunmuş fləşmob
BMT xəbərdarlıq edir: BELƏ İSTİLƏR NORMAYA ÇEVRİLƏ BİLƏR
Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!
Bir-birinə bənzəyən analar və qızlar
Ermənilər Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub - RƏSMİ
Dünya Kubokunda 3-cü olduq
Tətildə izləyə biləcəyiniz filmlər
DJ sevgilisi Şeyma Subaşıya xəyanət etdi
Apple 302 milyon dollar cərimələbdi
Hamburger çörəyi (video-resept)
Kişilərə bunları bilmək vacibdir
İkinci, dağılmış Yer tapıldı
Praqa tortu (foto resept)
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Koronavirus testlərinin götürülməsi səlahiyyəti poliklinikalara verilib? - RƏSMİ AÇIQLAMA
Sızanaq yaranmasına mane olan maska
Kökəlmək istəyənlərin menyusu
Qadın gərək hər yaşda gözəl olsun.
2014-cü ilin yataq otağı modelləri
Meyvələrdən üç meyvə var...
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Kəsmikli-limonlu peçenye (foto resept)
Yenidən evlənmək sədaqətsizlikdirmi?
Qeyri-adi tortlar
Balanın ana sevgisi: kövrək hekayət
22 yaşlı gəncin qolları Çürüyür-FOTO
Bakı 4-cü yerdədir
"Son zəng"in vaxtı məlum oldu
Evinizdəki boş yerlər üçün dekorasiya
Ahmet Kural həbs edildi
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Ən güclü şəbəkə yaradılacaq
Ermənilər cəbhədə minaatan və pulemyotları işə saldılar
Məşhur müğənni üçüncü dəfə ana olacaq-FOTO
Günün qoroskopu: iş və gərginlik artır
Xınayaxdı mərasimi
- ŞƏRHLƏR