Mən bir qadınam - doğulduğum zaman ailəmə uşaq sahibi olmanın xoşbəxtliyini yaşatmaqdan başqa nəsli davam etdirə bilməmək qabiliyyəti daşımadığımdan çox vaxt “övlad” sayılmayan...
Mən bir qadınam - məktəbdə qardaşlarıma "Neçə uşaqsınız" sualı verildikdə “İki qardaşıq, bir də... bacım var” cavabı verdirən.
Mən bir qadınam - ilk oyuncağı gəlincik olan; çünki böyüdüyü zaman ən əhəmiyyətli işi uşaq doğub baxmaq olacaq olan...
Mən bir qadınam - bir az tənbəl və nadinc olsam, "erkək Fatma" adlandırılan ...
Mən bir qadınam - "sakit ol, xanım ol, heç kimə baxma" sözlərini çox kiçik yaşlarda eşitməyə başlayan...
Mən bir qadınam - ev işlərini öyrənərək keçirdiyim uşaqlığım üzündən inkişaf etdirə bilmədiyim bir çox qabiliyyətimi ortaya çıxarma fürsəti tapa bilməyən...
Mən bir qadınam - "Oxuumağı neyləyir, onsuz da ərə verəcəyik" deyilən.
Mən bir qadınam - adətlərin zəncirindən özünü qurtara bilməyən... etik cinayətlərə qurban gedən ...
İşlənən cinayətdə həm qurban, həm də günahkar olan...
Mən bir qadınam - küçədə hücuma məruz qalsa, "Əcəb oldu, o saatda orada nə işi var idi" deyilən...
Mən bir qadınam - eyni işlə məşğul olduğum bir kişidən daha az qazanan... evdəki əməklərim isə heçə sayılan ...
Mən bir qadınam - hər bir uğur qazanan kişinin arxasında dayanan... Amma heç vaxt öz uğurları yada salınmayan...
Öz əri üçün dayanmadan işləyən...
Mən bir qadınam - mənə söylənn gözəllik anlayışları içində çırpınan ...
Mən bir qadınam - qazanc əldə etməyə çalışdığım hər işin arxasında qəribə yataq otağı hekayələriylə xatırlanan ...
Mən bir qadınam - doğulduğu zaman atasına, evləndikdən sonra ərinə aid olan...
Mən bir qadınam - cazibədar ayaqlarıyla xatırlanan və dünyanın ən böyük şairlərindən biri üçün belə 'bizim" qadınlarımız olan.
Mən bir qadınam - müvəffəqiyyətli kişi nəslinə ilk günahını işlədən ...
Bəli, mən bir qadınam - gələcək gözəl günlərə hamilə...
İçində daşıdığı ümidi sabahlara təqdim edən.
Qarların arasından boyunu uzadan inciçiçəyi və bu görünüşün altındakı inanılmaz əzmi daşıyan...
Heç kimin olmayan, kimsəyə sahib olma fikri daşımayan ...
Həyatını öz əllərinə almaq istəyən...
Mən bir qadınam…!!! Ümidəm mən … !!!