Qadin.NET / Təzyiqin nəticəsi (7-ci hissə)-SON

Təzyiqin nəticəsi (7-ci hissə)-SON

 

 ...Toyundan bir neçə ay sonra atası qəfil vəfat etdi.Əvvəllər də ürək ağrsından şikayətlənib, son günlərdə tez-tez dərmanlar qəbul etsə də zahirən xəstə kimi görünmürdü.Son günədək işə də gedib gəldi.Atasının ölümündə onu daha çox təsirləndirən vəfat etdiyi günədək onunla bağlı xoş xatirələrinin az olması idi.Adətən insanın yaxın adamı dünyasını dəyişəndə o daha çox həmin şəxslə bağlı ən xoş günlərini xatırlayar və bu xatirələr onu daha çox yandırar.Elə bu yanğıyla da günlərlə ağlayıb ürəyini boşaltmağa çalışar.Aytən də günlərlə ağladı.Amma xoş xatirələrə görə deyil.Əksinə nə qədər düşünsə də kədərli xatirələrin daha çox olduğunu yada saldığı üçün..Ata sevgisini ondan əsirgədiyi üçün..Aytəni indi daha çox yandıran bu idi..Süleymanın ölümündən sonra Gülnaz da şəhərə, qızlarına yaxın bir yerə köçdü. Həm qızlarına yaxın olmaq, həm də bir neçə ildən sonra Elçin tələbə olarsa universitetə gedib-gəlmək ona daha asan olsun deyə şəhərə köçməyi hələ ərinin sağlığında arzulayırdı.
Hər şey öz qaydasında idi. İndiki xoşbəxtliyi ata evində görmədiyi xoş günlərin əvəzinə də, hələ bundan sonrakı həyatına-qocalığına da bəs edərdi.Onu öz qızlarından ayırmayan qaynanayla qaynata (onlara “Ana” və “Ata” deyə müraciət edirdi), bacı qədər sevən baldızı, canından, həyatından çox sevən əri, gül kimi balası Pərvin,-daha ona nə lazımdır bu həyatda?Hərdən özü də qorxurdu bu xoşbəxtliyindən.”Xoşbəxtlik daimi olmur.Ya da tam olmur.Ya nə zamansa bir bədbəxtlik baş verəcək, ya da ayrılıq..Allahım, sən özün qoru bizi.”
Hələ nişanlı olanda Eldar ona təhsilini davam etdirməsinə kömək edəcəyini söz verdi.Sözünü də tutdu.Evdə fərdi məşğələlər təşkil etdi.Artıq ailəli olduğu və uşaq gözlədiyinə görə qəbul olarsa qiyabi şöbədə oxumağı düşünürdü.Elə də oldu.İstədyi universitetdə seçdiyi fakültənin(filologiya) qiyabi şöbəsinə, amma ödənişliyə qəbul oldu.Artıq 3-cü kursa keçirdi.Yay imtahanları vaxtı idi.Hələ indiyədək imtahanlarını pulla “verməmişdi”.Oxumağa, təhsilə, biliyini genişləndirməyə, özünü inkişaf etdirməyə maraqlı idi.Universitetə diplom üçün deyil, həqiqi savad almaq üçün daxil olmuşdu axı.Tələbə olmanın həsrətini azmı çəkmişdi?
Bu dəfə də həmişəki kimi imtahandan çıxan kimi qızları gözləmədi.Onun ailəli və körpə uşaqlı olduğunu bildikləri üçün incimirdilər.Az-çox onu tanıyırdılar.Bilirdilər ki, çox mehriban, ünsiyyətcil qadındır.Yoldaşlığı da öz yerində.Sadəcə südəmər körpəsi evdə onu gözlədiyi halda subay tələbə yoldaşlarıyla birlikdə gəzintiyə, kafeyə, kinoya gedə bilməzdi axı.Qrup yoldaşlarıyla münasibətinin az olmasına baxmayaraq hamı xətrini istəyirdi.
Axırıncı imtahandan çıxıb evə qayıdırdı.Dayanacaqda öz marşrutunu gözləyirdi.İmtahanlardan “qurtulduğu” üçün artıq rahat idi.Eldar keçən həftə məzuniyyətə çıxanda qərara gəldilər ki, o imtahanları bitirən kimi istirahətə gedəcəklər.Xarici ölkələrdən birinə.Aytənsə hələ tələsmirdi.Getmədən əvvəl anasıgilə, Nəzakətgilə baş çəkməliydi hələ.Bir neçə həftə burda olmayacaqdılar axı.Yır-yığış etmək heç də kişilərin düşündüyü kimi asan iş deyil.Ən azı bir həftə lazım olacaqdı.İndiyədək başı oxumağa qarışmışdı.Bu gündən sonra daha boşdu.Rahat-rahat işlərini görər, yola hazırlaşa bilərdi.Bu səfər onların evlilik həyatında ilk səfəri olacaqdı.Eldar demişkən bu, onların bal ayı olacaqdı..
Elə bu vaxt bayaqdan universitetdən ta bura qədər onu izləyən, tünd eynəkli, saqqalı, arıq, hündür, şlyapalı bir gənc ona tərəf gəldi.Amma nədənsə lap yaxınlaşmadı.Ola bilsin onu kiməsə oxşadıb.Görünür yaxınlaşanda onun oxşatdığı adam olmadığını gördüyü üçün dayandı.Aytənsə öz xəyal aləmində idi.Ona yaxınlaşmaq istəyən və yarı yolda dayanan bu qəribə görkəmli adamı heç görmədi də..Nəhayət marşrutu gəldi.Aytən ortada, sağ tərəfdə, pəncərəyə yaxın oturacaqda əyləşdi.Həmişə bütün marşrutlarda bu yeri seçir.Pəncərədən baxmaq, insanları seyr etmək onda başqa təəssürat yaradır.Sanki o hər gün üzləşdiyi insanları deyil, onları ilk dəfə görürmüş kimi, bir filmi seyr edirmiş kimi baxırdı onlara.Sanki pəncərənin şüşəsi televizorun ekranı, pəncərədən gördüyü insanlarsa aktyorlardır.Şekspirin sözünü xatırladı:-“Həyat bir səhnə, insanlar aktyordurlar.Hər kəs bu həyatda öz rolunu oynayır..”Görəsən o özü hansı rolda çıxış edir?İndiyədək yaşadığı bu illərdə o öz həyatının müsbət qəhrəmanı olub, ya..?Bu fikirlərdən onu sürücünün səsi ayırdı.O bu dayanacağın sonuncu olduğunu elan edib və avtobusdakı sərnişinlərdən düşmələrini xahiş edirdi.Avtobusda cəmi iki sərnişin qalmışdı.Biri Aytən, o biri..Bayaq dayanacaqda ona yaxınlaşmaq istəyib sonra fikrini dəyişən naməlum gənc...
Avtobusdan əvvəlcə Aytən düşdü.Bayaq, sürücü onlardan enməsini xahiş edəndə özündən başqa daha neçə nəfərin avtobusda olduğunu bilmək marağıyla arxaya çevriləndə bu gənci görsə də əhəmiyyət vermədi.
Evlərinə çatmağa az qalmışdı.Amma evə çıxmadan əvvəl həyətdəki mağazaya girdi.Adəti üzrə evə bir az şirniyyat almaq istədi.Qaynanasının xoşladığı peçenyelərdən, ev üçün lazım olan bir-iki ərzaq alıb çıxmaq istəyəndə bayaqdan onu izləyən adam qarşısını kəsdi.Yana çəkilib yol vermək istəsə də adam keçmədi.O özü yolunu dəyişib getmək istəyəndə arxadan tanış səs eşitdi:
-Şair demişkən, Bir salama dəymədi?
-Anlamadım.Kimsiniz?-Geri çevrilib diqqətlə ona baxdı.
-Bir zaman canın, həyatın idim...
-Kamil, sənsən?-Yalnız eynəyini çıxarandan sonra bu qəribə görünüşlü gənci tanıya bildi.Əslində heç gəncliyindən bir əsər də qalmamışdı.Yaşı heç otuza çatmasa da üzündəki əzginlik, səliqəsiz saqqalı, dağınıq görkəmi onu daha yaşlı göstərirdi.Bir sözlə bir zaman qızların “dərdindən divanə” olduğu Kamil hara, bu adam hara?
Ayrılıqları beş ildən çox olardı.Kamildən onun xəyanətinə və qaba rəftarına görə ayrılsa da onu heç vaxt nifrətlə xatırlamamışdı.Necə də olsa sevmişdi axı..Həyatının ilk kişisi, ilk məhəbbəti olmuşdu.O xatirələr də artıq yavaş-yavaş yox olur, unudulurdu.Onun həyatında, evlilik illərində xatırlanmalı yeni xoş hadisələr o qədər olmuşdu,-daha keçmiş xatirələrə yer qalmamışdı.Bu hadisələrin içində ən vacibi ana olması idi.O artıq tək özü üçün deyil, Pərvini üçün yaşayırdı həm də.O daha Aytən yox, Pərvinin anası olmuşdu.Gəncliyində nə səhv etsə də bundan sonra hər addımına diqqət etməli idi.Axı o bir oğul anasıdır!Məhz Pərvin doğulandan sonra o namaza başladı.Bu fikir onun beynində çoxdan dolansa da nədənsə risk etmirdi.Yarımçıq buraxacağından ehtiyat edirdi.Pərvinin sağ-salamat doğulması, bir oğul anası olması həyata baxışını da dəyişdi.O, ideal ana olmalıydı.Baxmayaraq ki, ideal övlad ola bilməyib,-bunun əsas günahkarı əlbəttə atası idi.Sevgi hər sahədə qarşılıqlı olmalıdır.İdeal sevgili də olmayıb..İndiyədək Eldara xəyanət etməsə də keçmişini gizlətdiyi üçün özünü bağışlaya bilmir..İdeal ANA isə olacaq.Mütləq olacaq.Nə olursa-olsun..
Bəs bu Kamil hardan gəlib çıxdı?Görəsən nədir planı?Çox səfil görkəmi var.Yəqin pul lazımdır ona.Yəni məni, bir vaxt “Balacam” deyib canı qədər sevdiyi Aytənini şantaj edəcək qədər alçalıb?Sözü çox uzatmayıb onun fikrini öyrənməyə çalışdı.Dükana hər an qonşulardan biri girə bilərdi.
-Sənə nə lazımdır, Kamil?
-Oturub bir yerdə danışaq.Belə ayaq üstə danışılası söhbət deyil.
-Məni rahat burax.
-Sabah səni ilk dəfə görüşdüyümüz kafedə gözləyəcəm.
-Boş yerə gözləmə.Gəlməyəcəm.
-Mən gözləyəcəm.Sən də gələcəksən...
-Gəlməsəm??
-Yəqin ki, evinizə qonaq gəlməm ürəyincə olmaz.-Gülə-gülə dedi.Amma həyasızcasına deyilmiş bu sözləri deyib gülərkən belə gözlərində dərin kədər vardı..
-Saat neçədə?
-Günortadan sonra.Həmişə görüşdüyümüz vaxtda.
Başqalarının diqqətini çəkməmək üçün bu xoşagəlməz söhbəti edərkən də Aytən özünü gülümsəməyə məcbur etdi ki, qonşulardan görən olsa pis düşünməsin.Elə bilsinlər ki, guya köhnə tanışıyla təsadüfən rastlaşıb.
Səhəri gün Kamil deyən vaxtda görüşdülər.Əvvəl öz həyatından danışdı.Niyə bu vəziyyətə düşməsindən, peşmançılığından.Həyatda hər şeydə səhv adım atdığından və s. Aytən nişanı qaytarandan sonra Kamilin universiteti buraxıb Rusiyaya getməsini bilirdi.O zaman Lamiyədən eşitmişdi.Sonra daha Kamil haqda heç nə eşitmədi.Həm də ona heç maraqlı da deyildi Kamilin həyatı..İndi öz danışdıqlarından öyrəndi ki, bu illərdə o həqiqətən də öz həyatını korlayıb.Universiteti bitirə bilmədi.Məktəb vaxtlarından ürəyində saxladığı bütün arzuları məhv oldu.Əvvəlcə Aytəni,-sevgisini itirdi.Sonra bankda işləmək arzusu artıq boş xəyala çevrildi.Universiteti davam etdirə bilmədi.Rusiyadan gələn kimi elə birinci hərbi xidmətə çağırışda heç olmasa bir borcunu yerinə yetirmək istədi.Vətən borcunu..Hərbi xitməti başa vuran kimi yenidən Rusiyaya getməyə hazırlaşdı.Yazıq anası nə qədər ağlayıb yalvarsa da, onu tək buraxmaması üçün dil töksə də o getdi.Buralardan uzaqlaşmaq, hər şeyi unutmaq, yeni həyata başlamaq istəyirdi.Universiteti yarımçıq buraxıb buralardan uzaqlara getməsi Aytəni unutmaq üçün idi.İnsan nə qədə qaçmaq istəsə də,-keçmişindən, o keçmişi ona yaşadan insanlardan, o xatirələri ona hər an xatırladan o yerlərdən,-özü özündən qaça bilməz.Unutmaq istədikləri onun qəlbində olur çünki.Hara getsə özüylə götürüb aparar onları da.Yeni həyata başlamaq..-Deyilişdə gözəl səslənir.Yeni həyat.Adətən qadınlar depresiyaya düşəndə, sevgilisindən ayrilanda ağlına gələn ilk fikirlərdən biri bu olur-yenilik etmək üçün zahiri görünüşünü dəyişdirməyə çalışır.Kişilərsə unutmaq və yenilik üçün-yeni məkanı seçirlər.-Buralardan getmək.Yeni yaşayış yeri və yeni qadın..Əsas buralardan getmək.Kamilin daxilən zəif biri olduğu da bu çətin günlərində bilindi.Özü özünü belə cəzalandırdı.Rusiyaya getdi.Ora gedən hər hansı bir kişi cinsindən olan biri azərbaycanlı kimi “Maşa”lardan birinin “tələsinə” düşdü.İndi gəl Vətənə qayıt görüm, necə qayıdırsan..Hətta anasının xəstə olması haqda xəbərləri alanda belə qayıtmadı.Ürəyi istəsə də elə bil yolunu nəsə bağlayırdı.Deyilənə görə anası üç gün yataqda can verdi, gözü qapıda Kamilin yolunu gözlədi.Axı bu dünyada tək varlığı o idi.Yalnız anasının ölümündən sonra-bir həftə sonra-gəlib çıxa bildi.Çox sarsılmışdı.Anasının qırxı çoxdan çıxsa da üzünü qırxmadı.Saqqallı olmasının səbəbi bu idi.Hələ Rusiyada olandan spirtli içkiyə meyl yaranmışdı onda.İndi də guya fikirdən içirdi.Onsuz da bütün spirtli içki qəbul edənlərin hamsının bəhanəsi bu idi.Ya “sevinci bölüşmək üçün” içərlər.Ya da “kədərini dağıtmaq üçün”..Kamil də Rusiyadan qayıtdığı bu iki ayda hər gün kədərini belə dağıdardı.
Bir zaman sevdiyi insanın qəmli həyat hekayəsinə bir insan kimi çox üzüldü.Amma əlindən nə gələrdi, nə edə bilərdi onun üçün?Kamil bayaqdan danışır, hələ əsas mətləbə gələ bilmirdi.Ona məhz nə lazım olduğunu konkret demirdi.Aytənsə tez-tez saata baxır, tələsirdi.Nəzakətgilə də getməliydi.Birdən Eldar Nəzakətgilə zəng etsə, Aytənin hələ də ora getmədyini bilsə?Əlbəttə nəsə bir şey uydurub deyə bilərdi.Amma indiyədək Eldara ən kiçik yalan belə danışmamışdı.
-Kamil, sən danışdın.Mən də başdan sonadək sənə qulaq asdım.Və çox üzüldüm.İndi nə etməyi düşünürsən?Sənə pul lazımdır?
-Bilirdim belə düşünəcəyini.İmkanlı adama ərə getmisən deyə adamları pulla ələ almağı öyrəşdin artıq?-Kinayəylə gülümsədi..
-Görüşəcəyimizi bilə-bilə yenə içmisən yoxsa?Ciddi söhbətə çağırırdınsa ayıq gələydin də.
-Yox, içməmişəm.Mənə sənin ərinin pulları lazım deyil.Görünüşümdən dilənçiyə oxşada bilərsən məni.Amma acından da ölmürəm.Burda qalası olsam özümə iş də tapacam.Burda qalmamsa səndən asılıdır.
-Necə yəni məndən asılıdır?Səni anlamadım.Nə danışdığını bilirsən sən?
-Səni unuda bilmədim.Bu mümkün olmadı.Çalışdım..Birinci dəfə Rusiyadan qayıdanda əslində sənə yalvarmaq, barışmaq üçün qayıtmışdım.Sənin artıq ərə getdiyini biləndə anladım ki, burda qala bilmərəm.Hərbi xidmətdən sonra həmişəlik buralardan getdim.Anamın ölümünə görə qayıtdım.
-Yenə də qayıt.Əgər burda sənə çətindirsə.Daha niyə həyatımı korlamaq istəyirsən?Axı hardan düşdüm yadına?
-Seymuru gördüm.Başsağılığı verməkçün gəlmişdi yanıma.O dedi universitetdə oxuduğunu.İki həftədir hər gün səni izləyirəm.Dünən orda eşitdim son imtahan günüdür.Daha səni görə bilməyəcəyim üçün nəhayət yaxınlaşa bildim.
-Səni anlayıram.Unutmaq hamı üçün çox çətindir.Amma bir düşün, sənin olmayan, səni artıq sevməyən, öz ailəsi olan bir qadın nəyinə lazımdır?-Aytən onu yumşaqlıqla başa salmaq istədi.Xoşluqla yola gətirmək, acılarına hörmət olaraq qəlbini qırmamaq üşün...
-Məni sevmisən.İstəsən yenə sevə bilərsən.Həyatında ilk kişi mən oldum.Sonuncu da mən olacam.Sən məni unuda bilməzsən..Həyatım sənə görə alt-üst oldu.Onu sən dəyişə bilərsən ancaq.Qayıt həyatıma, yalvarıram.
-Sevgini qazanırlar, dilənmirlər, Kamil.-Qəzəbindən artıq onun qəlbini qırmağa belə hazır idi.Sən bu sevgini çoxdan itirdin.Geriyə yol yoxdur.Anla, artq!Mən ərimi çox sevirəm.Mənim dalımca düşüb yalvarınca öz həyatını dəyişməyə çalış.Məsləhətim budur.Məndən bu qədər.Getməliyəm.Bir də məni axtarma..Xahiş edirəm..
-Ərini çox sevirsən?O zaman qoy o da qərar versin buna.Sənin daha çox kimə aid olduğuna.Əslində kimin olmusan?Həyatının ilk kişisi olan mənim, ya aldadılan ərin??
-Nə??Mən onu aldatmamşam.Ağlına gələni də danışmaa!-hirsindən və həyəcandan ağlayan Aytən söz tapmırdı deməyə.Söhbətin bu yerə gəlib çatmasını gözləmirdi.
Onun ağladığını görən Kamil yumşalmaq əvəzinə daha da irəli getdi.Hədəfı düz vurduğuna əmin oldu.
-Niyə qorxursan?Sevimli ərciyəzin səni onu sevdiyin qədər sevmir?Bizi niyə tanış etmək istəmirsən?Yoxsa mənim haqqımda heç danışmanısan ona?Mənimçünsə daha heç bir qorxu hissi qalmayıb.Heç həyatın mənası da.Bu yolda ölsəm belə döndür yox.Mənim olacaqsan onsuz da..Bir həftə vaxtın var.Gələn həftənin bu günü, eyni saatda burda gözləyəcəm səni.İndi gedə bilərsən.Hər dəqiqə vaxtından gedir.Get, fikirləş..
Nəzakətgilə gedəsi olmadı.Lamiyə ilə görüşdü.Lamiyə Seymurla artıq boşanmışdı..Ona xəyanət edən Seymuru bir gün öz evlərində, öz yatağında qadınla tutduğu üçün onu boşanandan sonra belə görmək istəmirdi.Seymur Aysellə görüşəndə onu nənəsigildən gedib götürürdü.Lamiyəni çağırmaqda məqsədi Kamillə danışıb onu yola gətirməsi üçün Seymirdan xahiş etməkdi.Kamilin sözlərindən belə anladı ki, onların hazırda münasibətləri var.Seymurla danışa bilmədi.Danışsa belə Kamillə daha normal insan kimi danışmaq mümkün deyildi.Bilmirdi nə etsin..Kimsəyə bir söz demədən evdən getmək, Eldara heç nə izah etmədən ayrılmaq da mümkün deyildi.Axı nə desin?
Kamilin verdiyi “vaxt” bu gün günorta bitirdi.Bu müddətdə hər ötən dəqiqə onun üçün uzun bir ilə bərabər olmuşdu.Kamillə görüşə bir neçə saat qalırdı.Yox!O nə Kamillə görüşə gedəcək, nə də Eldara etiraf edəcəkdi.Sadəcə onun həyatından sakitcə çıxıb getməyi düşünürdü.Amma ha düşünsə də ayrılmaq üçün kiçik bir bəhanə belə tapa bilmirdi.Dərdini kimə desin?Başına gələnləri heç anasıgil də bilmirdilər.”Həqiqətənmi Kamil hər şeyi Eldara deməyə qadirdir? Bəlkə keçən həftə o Kamillə heç görüşməyib?Bunlar bəlkə bir yuxu imiş, ya xəyal?Bəs niyə bu müdətdə Kamil onun rastına çıxmadı?Yox, mən görüşə getməyəcəm.Ona məndən əl çəkməsi üçün yalvarmağın da xeyri olmayacaq.Həm də ondan hər şey gözləmək olar.Son dəfə xahiş etməkçün ora getsəm belə Eldarı da ora çağırtdıra bilər.”Xəyanətimi” sübut etmək üçün.İndi hər əclaflığı gözləyirəm ondan.Nə olursa-olsun getməyəcəm.Eldardan ayrılmalı olsam belə Kamilin də olmayacam.Heç vaxt.Heç vaxt!!!”
Həmin gün Aytən görüşə getmədi.Evdən də çıxmadı..Kamilinsə şantajları ara vermirdi Onun üzündən mobil telefonu həmişə bağlı saxlaması da kömək olmadı..İş o yerə çatdı ki, ev telefonlarının nömrəsini də hardansa tapıb evə zəng edirdi. Daha başqa yol qalmamışdı..
Aytənin boşanmaq haqda qərarından Eldar yalnız məhkəməyə çağırış vərəqini alanda xəbər tutdu..O, məhkəmə zamanı belə əsl səbəbi bilməyəcəkdi..

5 oktyabr 2011
GO BACK