Qadin.NET / Ağac at

Ağac at


Bu şənbə gəzməyə çıxmağı qərara almışdılar. Nəhayət, şəhərin kənarındakı meşəyə çatdılar. Ana yeməyi hazırlayır, uşaqlar isə ataları ilə meşədə gəzirdilər. Bir az gəzəndən sonra balaca uşaq yalvarıcı nəzərlərlə atasına baxaraq: "Ata, çox yoruldum, məni qucağına götür" - dedi.  
Ata:

"Mən də yorğunam, oğlum" - demək istəyirdi ki, uşaq ağlamağa başladı. Ata heç bir söz demədən ağacdan bir budaq kəsdi. Bıçaqla yonub oğluna verdi:

"Al oğlum,sənə gözəl bir at" - dedi.

Uşaq sevinclə budaqdan yonulmuş atına mindi və ağacla vuraraq anasının yanına qaçdı. Artıq bacısı da, atası da arxada qalmışdı. Ata gülərək qızına:

"Həyat budur qızım" - dedi. "Bəzən özünü çox yorğun hiss edirsən. Onda özünə ağacdan bir at tap və sevinclə yoluna davam et. Bu at ya bir dost, ya bir mahnı, ya bir şeir, ya da bir körpənin təbəssümü ola bilər".

Ağac atınız əskik olmasın!!!


Əziz dostlarım, bəs sizin ağac atınız nələrdir? Səs və şərhlərinizi səbirsizliklə gözləyəcəm, sağ olun ki, vaxt ayırıb oxudunuz. love 

3 oktyabr 2011
GO BACK