Qadin.NET / Hz.Süleyman və qarışqa

Hz.Süleyman və qarışqa

Hz.Süleyman və qarışqa


Bir gün Süleyman peyğəmbər (a.s) bir qarışqadan bir illik azuqəsinin miqdarını soruşur. Qarışqa: 

 - Bir buğda dənəsi yeyirəm - deyə cavab verir. 

 Cavabın doğru olub-olmadığını yoxlamaq istəyən Süleyman peyğəmbər (a.s) qarışqanı bir şüşəyə qoyur. Yanına da bir buğda dənəsi qoyaraq hava alınacaq şəkildə şüşəni bağlayır. Bundan sonra bir il gözləyir. 

Müddət dolduğu zaman şüşəni açır və qəribə mənzərə ilə qarşılaşır. Qarışqanın buğda dənəsinin yarısını yeyib, digər yarısını saxladığının şahidi olur. O, öz-özlüyündə təəccüblənir: "Görəsən, nəyə görə hamısını yemədi?"  O, özünə verdiyi sualı bu dəfə qarışqaya ünvanlayır. Qarışqa cavab verir:

 - Bundan əvvəl mənim qidamı uca Allah verirdi. Mən də ona güvənərək bir buğda dənəsini tamamilə yeyirdim. Çünki o, məni əsla unutmaz və ac qoymazdı. Lakin bu işi sən öz üzərinə götürdüyün üçün fikirləşdim ki, bu, aciz bir insandır. Məhz buna görə də sənə güvənə bilmədim ki, birdən məni unudub yeməyimi verməzsən. Bu səbəbdən də bir illik qidamın yarısını yeyərək, digər yarısını da növbəti ilə saxladım.

 Uca Allah heç birimizi qul qapısına möhtac buraxmasın. Allah hər bir qulunun ruzisini yetirsin. Biz qullar isə şükürlü, ibadətli bəndələrdən olaq!!! Amin!...

 

15 oktyabr 2011
GO BACK