Qadin.NET / Səni sevirəm

Səni sevirəm

 

Səni sevirəm

 


Mobil telefon zəng çaldı.Oğlan telefonun ekranına baxdı.Bu onun nömrəsi idi.Özünü ələ alaraq o telefonu açıb cavab verdi:
-Allo.
Cavab verən olmadı.Amma telefondan gələn səsdən o başa düşdü ki, qız yüksək sürətlə maşınla gedir.Qəflətən sakitliyi qızın səsi pozdu:
-Salam.
-Salam.Amma mənə elə gəlir ki,sənə bu nömrəyə daha zəng etməməyi tapşırmışdım.-oğlan könülsüz halda cavab verdi.
-Bilirəm,yadımdadır.Sadəcə zəng etdim deyim ki,səni çox sevirəm....Və sənsiz mənə heç nə lazım deyil.İstəyirdim,bunları biləsən.Amma artıq bunların nə mənası var ki....onun səsi birdən kəsildi və oğlan başa düşdü ki,qız ağlayır.
-Sən indi hardasan? ? oğlan bunu soruşanda artıq çox narahat idi.Saata baxdı. Gecə ikiyə az qalırdı.
-Mən yoldayam.Hələ ki...
-Evə getsən yaxşı olar.Bu saatda belə vəziyyətdə maşın sürməyini istəmirəm.
-Mən isə evə getmək istəmirəm.Ümumiyyətlə,mən sənsiz heç nə istəmirəm.Mənə sənsiz heç nə maraqlı gəlmir.Mən zəng etdim ki,sənin son dəfə səsini eşidim və səninlə vidalaşım.Əgər bu vaxta qədər nə isə səhv etmişəmsə məni bağışla.Özünü heç nədə günahkar bilmə.Eşidirsən?!
-Sən harasa gedirsən?
-Bəli,gedirəm.Ömürlük...
-Oğlan çarpayıdan cəld ayağa qalxıb,qışqırdı:Sən nə etmək fikrindəsən?Ağlını başına topla.Əgər istəyirsənsə biz hər şeyi yenidən başlaya bilərik.İstəyirsənsə,indi bu dəqiqə mən sənin yanına gələrəm.Amma xahiş edirəm məni tək qoyma.
Telefonda uğultu səsi eşidildi.Telefon artıq çoxdan qoyulmuşdu.Oğlan qızın nömrəsini yığdı.Amma cavab verən yox idi.O,çarpayıya uzanıb ağlamağa başladı.Bir az sonra o, gözlərini açıb telefonu əlinə götürdü.Qəbul edilən zənglərin siyahısına baxdı.Amma qızın zəngi yox idi.
-Bəlkə bu zəng heç olmayıb?!Bəlkə bunlar mənim gözümün qabağına gəlib?!
Oglan cəld qızın nömrəsini yığdı.
-Allo,-yuxulu vəziyyətdə qız cavab verdi.
-Səni yuxudan oyatmadım?
-Oyatdın.Amma eybi yoxdur.Nə olub?Niyə mənə zəng etmisən?Axı məncə biz ayrılmışdıq.
-Mən səndən üzr istəyirəm.Bəlkə biz hər şeyi yenidən başlayaq?

18 sentyabr 2011
GO BACK